Mobil versiya
“Əmək Məcəlləsinə” edilən dəyişikliklər nəyi dəyişəcək?
Tarix: 12-08-2024 | Saat: 21:06
Bölmə:İqtisadiyyat | çapa göndər

“Əmək Məcəlləsinə” edilən dəyişikliklər nəyi dəyişəcək?

Azərbaycan Prezidenti "Əmək Məcəlləsinə" dəyişiklikləri təsdiq edib. Yeni fərmanla Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir, kağız daşıyıcılardan elektron sistemə keçid edilir.

AİA.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, qanuna əsasən, əmək müqaviləsi elektron sənəd formasında bağlanacaq və bildiriş ləğv olunacaq. Bununla da, elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil veriləcək. Bu qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə