Mobil versiya
Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunda seçicilərlə görüşlərini davam etdirir -Fotolar
Tarix: 11-08-2024 | Saat: 18:26
Bölmə:Seçki 2024 | çapa göndər

Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunda seçicilərlə görüşlərini davam etdirir

aia.az xəbər verir ki, Günay Ağamalı Qızılağac və Bəydili kəndlərində seçicilərlə görüşdü

Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüşlər Salyan rayon Qızılağac və Bəydili kəndlərindən olan seçicilərlə keçirildi.
Görüşləri Günay Ağamalının vəkili Mehman Əsədov açaraq seçicilərə namizədin tərçümeyi-halı və platforması barədə ətraflı məlumat verdi.
Deputatlığa namizəd Günay Ağamalı təmsil etdiyi Ana Vətən Partiyasının fəaliyyətindən, tarixindən danışdı, seçiciləri maraqlandıran sualları cavablandırdı. G.Ağamalı sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə qələbə əldə edərsə seçicilər tərəfindən qaldırılmış problemlərin səlahiyyətləri çərçivəsində müsbət həlli istiqamətində səylə çalışacağını vurğuladı.
Kənd sakinləri, şəhid ailələri ilə keçən səmimi görüşdə deputatlığa namizəd Günay Ağamalı seçicilərin istəklərini və qayğılarını dinlədi. Qızılağac və Bəydili kənd sakinləri namizəd Günay Ağamalıya uğurlar arzuladılar və sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə ona səs verəcəklərini bildirdilər.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024