Mobil versiya
Türkiyədə 58-ci aeroport istifadəyə verilib
Tarix: 10-08-2024 | Saat: 20:21
Bölmə:İqtisadiyyat | çapa göndər

Türkiyədə 58-ci aeroport istifadəyə verilib

Türkiyənin Mersin vilayətində Çukurova Beynəlxalq Hava Limanı istifadəyə verilib.

aia.az xəbər verir ki, açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çukurova Hava Limanının Türkiyənin bölgə və dünya üçün hava qapısına çevriləcəyini qeyd edib.

Oun sözlərinə görə, yeni hava limanı iki cənub əyalətinin - Adana və Mersin sakinlərinin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, obyektin tikintisinə 244,5 milyon avro xərclənib və 25 il ərzində dövlət xəzinəsinə bu obyektin icarəsindən ödənişlərin 297 milyon 100 min avro olacağı gözlənilir.

İldə 9 milyon sərnişin qəbul edəcək Çukurova Hava Limanı Türkiyənin ikinci ən böyük yük terminalına malikdir. Türkiyənin Nəqliyyat Nazirliyinin məlumatına görə, ölkənin cənubundakı yeni hava limanı Yaxın Şərq ölkələri ilə hava yükdaşımalarının həcmini iki dəfə artıracaq.

Türkiyənin nəqliyyat və insfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, gələcəkdə Mersin və Adanadan hava limanına sürətli qatarla 23 dəqiqəyə çatmaq mümkün olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə