Braziliyada üç günlük matəm elan edildi
Tarix: 10-08-2024 | Saat: 09:32
Bölmə:Dünya | çapa göndər

Braziliya Prezidenti Luis İnasiu Lula Da Silva San-Paulo ştatında baş verən 61 nəfərin öldüyü təyyarə qəzası ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.
aia.az xəbər verir ki, bu barədə Braziliya lideri "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Vinyedudakı faciəli hadisənin 61 qurbanının xatirəsinə ölkədə 3 gün rəsmi matəm elan edirik", - paylaşımda deyilir.
Qeyd edək ki, matəm elan edilməsi haqqında fərmanın mətni də orada paylaşılıb.
Ötən gün Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 61 nəfər ölüb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər