Mobil versiya
TÜRKİYƏNIN ARAŞDIRMA UNİVERSİTETLƏRİNDƏN BİRİ OLAN DOKUZ EYLÜL UNİVERSİTETİ (DEU) İLƏ ƏMƏKDAŞLIQ LAYİHƏMİZ AZƏRBAYCANDA KEÇİRİLƏCƏK COP29 TƏDBİRİ ÜÇÜN VERİLƏN QLOBAL SƏYLƏRƏ TÖHFƏSİNİ ARTIRACAQDIR
Tarix: 01-08-2024 | Saat: 13:16
Bölmə:Özəl / Gündəm | çapa göndər

TÜRKİYƏNIN ARAŞDIRMA UNİVERSİTETLƏRİNDƏN BİRİ OLAN  DOKUZ EYLÜL   UNİVERSİTETİ (DEU) İLƏ ƏMƏKDAŞLIQ LAYİHƏMİZ AZƏRBAYCANDA KEÇİRİLƏCƏK COP29 TƏDBİRİ ÜÇÜN VERİLƏN QLOBAL SƏYLƏRƏ TÖHFƏSİNİ ARTIRACAQDIR


Azərbaycanın Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin böyük uğuru kimi dəyərləndirə bilərik. Azərbaycan COP29-da Qlobal Şimal və Qlobal Cənubu bir araya gətirmək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq kimi qlobal hədəflərə nail olmaq üçün lazımi bütün cəhdləri göstərir. İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqanda 195 ölkənin təmsil olunduğu Tərəflər Konfransı ilk dəfə1995-ci ilin martında Berlində keçirilmiş, COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçmişdir. Ölkəmiz belə bir mühüm qlobal tədbirə ev sahibliyi etməklə, bir daha beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparanlara qarşı da tutarlı cavabdır. COP29 kimi həm məsuliyyətli, həm də genişmiqyaslı bir tədbirə ev sahibliyi etmək hüququnun ölkəmizə verilməsi beynəlxalq birliyin ölkəmizə olan böyük inamının ifadəsi, həm də beynəlxalq siyasi səhnədə fəal , nüfuzlu oyunçu rolunu gücləndirir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, “COP29-a ev sahibliyi edən ölkə kimi yekdilliklə Azərbaycanın seçilməsi bizim üçün həqiqətən böyük şərəfdir.Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və xüsusilə yaşıl enerji sahəsində gördüyümüz işlərə hörmət əlaməti kimi qiymətləndiririk. ”

Bugünkü iqlim dəyişikliklərində dərin müstəmləkəçilik var, dünyanın şimal hissəsindəki temperatur yüksəlişi tropik ölkələrdə həssas icmalar tərəfindən xüsusilə kəskin şəkildə hiss olunur. İqlim dəyişikliyi insan hüquqlarına əsaslanır və həmçinin bu mübarizəyə dəstək ədalətli şəkildə aparılmalıdır. Qeyd edilən qlobal məsələlərin həllində və beynəlxalq səviyyəli önəmli tədbirlərin keçirilməsində vətəndaş cəmiyyəti hər zaman çox aktiv olmuşdur. COP-29-la bağlı hazırlıq –tanıtım prosesləri, tədbirin yüksək səviyyədə təşkil olunması , bu istiqamətdə Azərbaycanın beynəlxalq imicinin daha da artmasına mühüm töhfə vermək üçün hamımızın səfərbər olunması zəruridir.

Qeyd etdiyimiz fikirləri rəhbər tutaraq, “ Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi “ İctimai Birliyi bir neçə layihə reallaşdırmağı nəzərdə tutur. Onlardan biri də Türkiyənın Araşdırma Universitetlərindən biri olan Dokuz Eylül Universiteti (DEU) ilə əməkdaşlıq çərçivəsində ətraf mühit və ekologiyanın inkişafı istiqamətində Beynəlxalq Humanitar elmlər və Sosial Inkişaf Tədqiqatları ( International Journal of Humanities and Social Development Research, ISSN 2521-1439, E-ISSN 2523-4331) adlı ingilis dilli jurnalda beynəlxalq səviyyədə “Qlobal Davamlı İnkişaf Strategiyası: İnnovasiya, Modelləşdirmə və İttifaqlar” (Global Strategy for Sustainable Development: Innovation , Modelling, and Alliances) adlı Xüsusi elmi nəşri elan edilməsidir. Əməkdaşlıq layihəsi Azərbaycan Su İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə həyata keçirilir.

Layihə üçün təqdim ediləcək məqalələr elan edilən mövzular üzrə COP29-un öz məqsədlərini təyin etməsini və ölçmə metodlarının seçimini formalaşdıran siyasəti araşdırmalıdır. Xüsusi beynəlxalq elmi buraxılış 2024-cü ilin noyabr ayında nəşr olunacaqdır. Onu da qeyd edək ki, Xüsusi nömrədə yerli və beynəlxalq səviyyədə tanınmış alimlər qonaq redaktoru vəzifəsinə təyin edilmişdir. Xüsusi elmi buraxılışın nəşrinə qədər davamlı olaraq, yerli və beynəlxalq səviyyədə rəsmi təqdimat tədbirləri həyata keçiriləcəkdir.

Məqalə təqdimatı və layihə haqqında daha geniş məlumat əldə etmək istəyənlər jurnalın rəsmi veb səhifəsində yerləşdirilən elana müraciət edə bilərlər:
http://www.ijhsdr.com/CallForPaper.aspx





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə