Mobil versiya
Elm və Təhsil Nazirliyinin strukturlarında əmək fəaliyyətinə başlayan 9 “Maarifçi”dən 3-ü BDU məzunudur
Tarix: 29-07-2024 | Saat: 16:32
Bölmə:Təhsil | çapa göndər

Elm və Təhsil Nazirliyinin strukturlarında əmək fəaliyyətinə başlayan 9 “Maarifçi”dən 3-ü BDU məzunudur

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramını başa vuraraq, nazirliyin müxtəlif strukturlarında əmək fəaliyyətinə başlayan 9 nəfərdən 3-ü Bakı Dövlət Universitetinin (BDU) məzunudur.

aia.az xəbər verir ki, onlardan Nigar Rəhimli BDU-nun Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisası, Səbinə Hüseynova Mexanika-riyaziyyat fakültəsi üzrə SABAH qruplarının “Riyaziyyat müəllimliyi” ixtisası, Arzu Gülməmmədova isə Beynəlxalq münasibətlər və iqtisasiyyat fakültəsinin “Politologiya” (bakalavriatura)” ixtisası və “Beynəlxalq münasibətlər” (magistratura) ixtisaslaşması üzrə məzunlarıdır.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyində və qurumlarında təcrübə imkanları yaradan, 3 ay davam edən “Maarifçi” proqramını 24 nəfər müvəffəqiyyətlə bitirib. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərmək olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə