Mobil versiya
Hərbi bazada terror aktı törədildi - 15 əsgər həlak oldu
Tarix: 24-07-2024 | Saat: 09:10
Bölmə:Dünya | çapa göndər

Hərbi bazada terror aktı törədildi -

Nigerin qərbində hərbi bazada baş verən terror aktında 15 əsgər həyatını itirib.

aia.az xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirliyi açıqlama yayıb. Bildirilir ki, Tillaberi bölgəsində yerləşən hərbi baza naməlum silahlı şəxslər tərəfindən hücuma məruz qalıb.

Hadisə nəticəsində 15 əsgər həyatını itirib, 16 əsgər isə yaralanıb. Tillaberi, "3 ölkə sərhədi" olaraq tanınan Niger, Mali və Burkina Faso tərəfindən paylaşılan sərhəd xəttində yerləşir. Sözügedən sərhəd xətti Əl-Qaidə və İŞİD-la bağlı terror qruplarının tez-tez hücumlarına məruz qalır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024