İlon Mask Kamala Harrisi Sorosun “kuklası” adlandırıb
Tarix: 22-07-2024 | Saat: 09:34
Bölmə:Siyasət / Dünya / Özəl | çapa göndər
Amerikalı sahibkar və milyarder İlon Mask X sosial şəbəkəsində ABŞ-ın vitse-prezidenti və Ağ Evin rəhbəri vəzifəsinə yeni namizəd Kamala Harrisi bədnam amerikalı maliyyəçi Corc Sorosun oğlu Aleksandr Sorosun “kuklası” adlandırıb.
Sorosun Harrislə çəkdirdiyi şəkli və ABŞ vitse-prezidentini dəstəklədiyi mesajını şərh edən Mask “Alexander Sorosa növbəti kuklasının kim olacağına heç kəsin şübhə etmədiyi üçün təşəkkür etmək istərdim.
Həmçinin, sahibkarın fikrincə, ABŞ prezidenti Co Baydenin ikinci müddətə namizəd olmamaq qərarı demokratların “sadəcə daha yaxşı işləyəcək bir kukla istəməsi” ilə izah olunur, halbuki indiki siyasi maşının özü toxunulmaz qalır.
“Trampı fərqli edən odur ki, o, heç bir tərəfin marioneti deyil, ona görə də real hökumət islahatı mümkün olur”, – Mask əlavə edib.
Bayden bazar günü ikinci müddətə namizəd olmayacağını açıqladı. O, vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəkləyib. Respublikaçı namizəd Donald Tramp dəfələrlə Harrisin məğlub olmasının onun üçün daha asan olacağını deyib.
Corc Sorosun fəaliyyəti maliyyə spekulyasiyasına, eləcə də qalmaqallı reputasiyasına görə mənfi qiymətləndirilir - onun vəsaitləri bir sıra ştatlarda hakimiyyət dəyişikliyini təşkil etməkdə dəfələrlə ittiham olunub. Maliyyəçi özü də pullarının, xüsusən 2004-cü ildə Ukraynada “narıncı inqilab”ın və 2013-cü ildə “Avromaydan”ın həyata keçirilməsinə kömək etdiyini inkar etmir. Bir sıra ölkələrdə o, daxili işlərə qarışmaqda ittiham olunurdu. Mediada Soros tez-tez ABŞ Demokratik Partiyası ilə əlaqələndirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-11-2024