Mobil versiya
Bu ölkələrdə ölümcül epidemiya yayılır
Tarix: 20-07-2024 | Saat: 09:22
Bölmə:Manşet / Dünya | çapa göndər

Bu ölkələrdə ölümcül epidemiya yayılır

ABŞ-də Kanadadan sonra ölümcül xəstəlik - listerioz epidemiyası yayılmağa başlayıb.

aia.az xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət Mərkəzi bəyanat yayıb.

Xəstəlik artıq 12 ştatda qeydə alınıb, xəstələrin əksəriyyəti ABŞ-nin şərq sahilində yerləşən Nyu-York və Merilend ştatlarında müalicə olunur. Ümumilikdə 28 xəstəliyə yoluxma faktı qeydə alınıb.

Listerioz doğulmamış uşaqlar, yeni doğulmuş uşaqlar, 60 yaşdan yuxarı insanlar və immun sistemi zəif olanlar üçün ölümcül xəstəlikdir.

Amerika Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, hələlik epidemiyanın səbəbləri ilə bağlı dəqiq məlumat yoxdur, lakin bildirilir ki, ət və kolbasa məhsulları yeyən bir çox insanda bu xəstəlik aşkarlanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024