Azad sözün təcəssümü
Tarix: 20-07-2024 | Saat: 09:33
Bölmə:Siyasət | çapa göndər
Milli-mənəvi dəyərlər və bəşəri prinsiplər əsasında qurulan milli mətbuatımızın yarandığı gündən düz 149 il keçir. Böyüklüyü və kiçikliyindən asılı olmayaraq, dünyanın bütün xalqları gec-tez öz tarixinə iftixarla yazır: filan vaxtda bizdə ilk məktəb açılmışdır... Birinci qəzet, birinci jurnal, birinci kitab nəşr edilmişdir... Hər bir xalqın öz ana dilində ilk qəzet oxuması, şübhəsiz, bu da həmişə hər yerdə əlamətdar hadisə olur. Öz dövri mətbuatını Avropa XVI əsrdə, Rusiya isə XVIII əsrin ilk illərində yaratdığı halda, Azərbaycan buna ancaq 1875-ci ildə nail ola bilir. Feodal mütləqiyyəti və orta əsr geriliyi səbəbindən “Əkinçi”nin mənsub olduğu xalqın intizarı çox uzun çəkir.
Mətbuatımızın keçdiyi tarixi yol xalqımızın qürur mənbəyidir. Milli oyanışın yeni mərhələsini təmsil edən “Əkinçi” qəzetinin başlanğıcını qoyduğu bu yol neçə-neçə mətbu və ədəbi məktəbin formalaşma prosesinə təkan verdi, xalqın maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə birbaşa öz güclü təsirini göstərdi. Həsən bəy Zərdabi nəşr etdirdiyi qəzetin adını “Əkinçi” qoysa da, orada qabaqcıl mütərəqqi ideyalar təbliğ olunurdu. Xalqımızın ana dilində oxuması çox əlamətdar bir hadisə idi. “Əkinçi” də öz növbəsində ana dilinin saflığı, zənginləşməsi uğrunda mübarizə aparırdı. Böyük ziyalı, işıqlı insan H.Zərdabi həyatı boyu, qəzetin səhifələrindəki yazı ilə xalqına fayda verməklə yanaşı, Azərbaycanda peşəkar teatrın bünövrəsini qoydu, xeyriyyə cəmiyyəti açdı, Bakı Realnı Məktəbində müəllimliyi və maarifçiliyi inkişaf etdirdi. “Əkinçi” özündən sonra “İrşad”, “Həyat”, “Azərbaycan” qəzetlərinin, “Molla Nəsrəddin” jurnalının meydana çıxmasına yol açıb. İctimai fikir və mətbuat tariximizdə Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Əbdürrəhman bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi şəxsiyyətlərin yeri və rolu əvəzsizdir.
Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmışdır. 1993-cü ildən etibarən demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb çoxalmışdır. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.
Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. 30 dekabr 2021-ci ildə qəbul olunmuş Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.
Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir. Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-11-2024