Azərbaycan və Pakistan – iki dost, iki qardaş, iki tərəfdaş ölkə
Tarix: 16-07-2024 | Saat: 14:21
Bölmə:Siyasət | çapa göndər
İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur.Son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ölkəmizin müxtəlif dövlətlərlə münasibətlərinə də müsbət təsir göstərir, əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.
Azərbaycan və Pakistan arasındakı əlaqələr tarixi köklərə, ortaq dini dəyərlərə və qardaşlıq münasibətlərinə əsaslanır. Bu əlaqələr siyasi, iqtisadi, hərbi və geosiyasi sahələrdə müxtəlif formatlarda özünü göstərir. İki ölkənin strateji mövqeyi və regional təsiri onların qarşılıqlı əlaqələrinin daha da inkişaf etməsinə zəmin yaradır. Azərbaycanın müstəqilliyinin ilk günlərindən etibarən Pakistanın dəstəyi və bugünkü əməkdaşlıq platformaları bu əlaqələrin nə qədər dərin və möhkəm olduğunu göstərir.Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib. Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. Bir məqamı da xüsusi qeyd etməliyik ki, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin dekabrında beynəlxalq tədbir çərçivəsində həmin vaxt Pakistanın Baş naziri olmuş Benazir Bhutto ilə görüşü.Bundan sonra təmaslar və qarşılıqlı səfərlər intensivləşdi, ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə Pakistanın ovaxtkı prezidentinin ölkəmizə, 1996-cı ildə isə Ulu Öndər Heydər Əliyevin qardaş ölkəyə rəsmi səfəri əlaqələrimizdə yeni səhifələr açdı.44 günlük Vətən müharibəsi zamanı Türkiyə kimi Pakistan da Azərbaycanın haqq işini dəstəkləyib, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasında ölkəmizin ədalətli mövqeyinin müdafiəsində prinsipiallıq nümayiş etdirib. Həmçinin Azərbaycan da Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyib və bununla əlaqədar bəyanatlar verib.Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir. Dövlətimizin başçısı Pakistanın ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu, Prezident İlham Əliyevin 11 iyulda Pakistana səfəri zamanı da özünü göstərdi.Səfər zamanı ən çox yadda qalan hadisələrdən biri cənab Prezident İlham Əliyevin təyyarəsininin Pakistanın qırıcıları tərəfindən müşayiət olunması idi.Ən əsas məqamlardan biri də Azərbaycanla Pakistanın paytaxtları Bakı və İslamabadın qardaşlaşmış şəhər olmasıdır.
Hazırda Azərbaycan-Pakistan strateji tərəfdaşlığı uğurla inkişaf edir, dostluq münasibətləri daha da möhkəmlənir. İki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq inkişaf etdirilməkdədir. Müxtəlif sahələrdə münasibətlər genişlənərək xeyli güclənmişdir və iki ölkənin hərbi sahədə əməkdaşlığının böyük potensialı mövcuddur.Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib və hazırda bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-11-2024