“Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin 55 illiyi” mövzusunda tədbir keçirilib -Fotolar
Tarix: 16-07-2024 | Saat: 09:43
Bölmə:Parlament | çapa göndər
12 iyul 2024-cü il tarixində Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı “Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin 55 illiyi” mövzusunda tədbir keçirilib.
aia.az xəbər verir ki, tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak etdilər.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirdi ki, Heydər Əliyev XX əsrin 70-ci illərində Azərbaycanda elə bir ab-hava yaratmışdı ki, bu, milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdı. Xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, fədakarlığı, müdrikliyi Onu bütün dünya azərbaycanlılarının Liderinə çevirib. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev şəxsiyyətinin bəhrəsidir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxıb.
Rayon təşkilatının sədri qeyd etdi ki, Ulu Öndərin layiqli davamçısı və Qarabağ kimi taleyüklü ata vəsiyyətini yerinə yetirən Azərbaycanın müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdirik siyasəti və “Dəmir yumruq” əməliyyatı ilə 30 ilə yaxın bir müddətdə işğal edilmiş ərazilərimizin azadlığı uğrunda 44 günlük müharibədə tarixi Zəfər qazandı. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə keçirilməsi, vəziyyəti daim nəzarətdə saxlamağa qadir olan döyüş taktikası, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi Qələbəmizi şərtləndirən amillərdir.
Qısa bir zamanda işğaldan azad olunan ərazilərdə reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Müharibədən çıxmış bir dövlət qısa zamanda Böyük Qayıdışın təntənəsini yaşadı.
Düyərli kənd ərazi partiya təşkilatının sədri Aybəniz Nəsibova qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə - müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli rol oynadı. Azərbaycançılıq şüurunun inkişafı, tariximizin öyrənilməsi, yerli kadrların yetişdirilməsi, o cümlədən milli ruhun yüksəldilməsi istiqamətində keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə bizim üçün, millətimiz üçün, dövlətimiz üçün çox ciddi rol oynadı.
Daha sonra çıxış edən Şəmkir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Sənan Məmmədli və Şəmkir rayonu Kür qəsəbə Mədəniyyət evinin direktoru Rəfiqə Mürsəlova vurğuladılar ki, o dövrdə ali təhsil ocaqlarında ədəbiyyatımızla, tariximizlə bağlı diskusiyaların aparılması, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsi Heydər Əliyev məfkurəsinin inkişafına xidmət edən siyasətinin nəticəsi idi.
Tədbirin sonunda bir qrup partiya fəalına fəxri fərman təqdim edildi və tədbir Yeni Azərbaycan Partiyasının himnin səsləndirilməsi yekunlaşdı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-12-2024
28-12-2024