Mobil versiya
“Crystal İnşaat” şirkətinin fəhlələri qanunsuz işlətdiyi aşkarlanıb - DƏMX hərəkətə keçdi
Tarix: 15-07-2024 | Saat: 18:00
Bölmə:Parlament | çapa göndər

“Crystal İnşaat” şirkətinin fəhlələri qanunsuz işlətdiyi aşkarlanıb -

Tikinti sektorunda fəaliyyət göstərən “Crystal İnşaat” ASC-də nöqsanlar aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) daxil olan müraciərlər əsasında şirkətdə yoxlama aparıb.

Yoxlamalar zamanı şirkətin fəhlələri əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi aşkarlanıb.

Buna görə qurum şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması Abşeron Rayon Məhkəməsinə göndərilib. İş hakim Cəmilə Səfiyevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmə protokolu təsdiq edərsə, “Crystal İnşaat”şirkəti 25 000 manatadək cərimələnəcək.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024