Mobil versiya
Qusarda Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 55 ci ildönümünə həsr olunmuş konfrans keçirildi -Fotolar
Tarix: 12-07-2024 | Saat: 15:21
Bölmə:Gündəm / Parlament | çapa göndər

Qusarda Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə  gəlişinin 55 ci ildönümünə həsr olunmuş konfrans keçirildi

Qusar rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı, rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 55 -ci ildönümünə həsr olunmuş "Tərəqqi yolunun başlanğıcı" mövzusunda konfrans keçirildi.

Konfrans öncəsi Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzüldü. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə işinə başladı. Daha sonra müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransın işində YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, AMEA Fəlsəfə və Sosialogiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist Məmmədağa Sərdarov, partiya fəalları,rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açılış nitqi ilə çıxış edərək 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsini ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirdi. Qeyd olundu ki, Ümummilli Lider 1969-cu ilə qədər keçmiş SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycanı inkişaf etmiş sənaye ölkəsinə, mədəniyyəti ilə bütün dünyada tanınan bir ölkəyə çevirərək bugünkü müstəqilliyimizin təməlini qoyub.

AMEA Fəlsəfə və Sosiologiya İnstitunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli və siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist Məmmədağa Sərdarov, Rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov Heydər Əliyevin milli dövlətçilik tariximizdəki müstəsna xidmətlərindən geniş məlumat verərək Heydər Əliyev ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.

Konfransın sonunda YAP sıralarına yeni qoşulan üzvlərə vəsiqələr təqdim olundu, Heydər Əliyevlə bağlı videorolik və sərginin nümayişi baş tutdu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-10-2024