Alyaskalılar “ən çox azadlıq sevən”lərdir
Tarix: 12-07-2024 | Saat: 10:56
Bölmə:Dünya / Özəl | çapa göndər
Aia.az “Newsweek”ə istinadən xəbər verir ki, ABŞ-ninn Nyu-Hempşir əyalətinin müstəqilliyini müdafiə edən NHEXIT hərəkatı bu həftə verdiyi bəyanatda federal hökumətin gücünü rədd rədd edərək bölgəni “azad və firavan ölkə” etmək arzusunu ifadə etmişdir.
“Vaşinqtonda ölkəni iflas həddinə çatdırmaqdan məsul olan 2,5 milyon seçilməmiş bürokrat var. Bu bürokratlar hər il vergi ödəyicilərindən pul sifonlayır, Nyu-Hempşir vətəndaşlarının hüquqlarını tapdalayırlar. Biz hökumətimizi geri almalıyıq və sakinlərin hüquqlarının və əsas ehtiyaclarının qorunmasını təmin etmək üçün çalışmalıyıq”, -deyə jurnal NHEXIT hərəkatının lideri Karla Gerlickedən sitat gətirir.
Nəşrin qeyd etdiyi kimi, müstəqillik üçün oxşar hərəkatlar bəzi digər ştatlarda: Kaliforniya, Alyaska, Luiziana, Florida və Texasda da başladılıb.Məqalədə qeyd olunur ki, hər bir regionun ABŞ-dan ayrılmasının öz səbəbləri olsa da, onların hamısını ölkə hökumətindən məyusluq birləşdirir.
Materialın müəllifi son illərdə amerikalılar arasında müstəqillik hərəkatlarına dəstəyin artdığı statistikaya istinad edir. Belə ki, respondentlərin ümumi sayının 23 faizi ştatlarının ABŞ-dən ayrılmasını bəyənir, 51 faizi isə əleyhinədir. Qeyd olunur ki, müxtəlif bölgələrdə rəqəmlər dəyişir və YouGov sorğusuna əsasən, Alyaska sakinlərinin 36 faizi müstəqilliyi dəstəkləyən ən “azadlığı sevən” olub.
Aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024
10:16 Azərbaycanda matəmdir
25-12-2024