“Azərbaycan nümayəndə heyəti Çində yüksək səviyyədə qəbul edilib”
Tarix: 11-07-2024 | Saat: 11:16
Bölmə:Siyasət / Manşet | çapa göndər
Azərbaycanın VI çağırış Milli Məclisinin nümayəndə heyəti Çinin Çindao şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Yaşıl İnkişaf üzrə Forumunda iştirak edib.
aia.az xəbər verir ki, bu tədbirdə ölkəmizi VI çağırış MM-in sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, parlamentin VI çağırış deputatları Elnur Allahverdiyev, Fatma Yıldırım və Soltan Məmmədov təmsil ediblər.
Forumda “Yaşıl inkişaf yolunda birgə irəliləyiş, insan və təbiətin harmonik mövcudluğunun təşviqi” mövzusunda müzakirələr aparılıb. Azərbaycanın COP29-da sədrliyi çərçivəsində ətraf mühitin mühafizəsi və “yaşıl” inkişaf sahələrində fəaliyyət məsələləri də müzakirə olunub.
Elnur Allahverdiyev qeyd olunan forumu “Qafqazinfo”ya şərh edərkən tədbirin yüksək səviyyədə keçirildiyini qeyd edib. Onun sözlərinə görə, iştirakçıların məqsəd və vəzifələr haqqında aydın təsəvvürləri olan tədbir çox səmərəli olub.
“Onu da vurğulamaq istərdim ki, Azərbaycan nümayəndə heyəti ən yüksək səviyyədə qarşılanıb. Hesab edirəm ki, burada təkcə forumda Azərbaycanın COP29-da sədrliyi çərçivəsində fəaliyyət məsələlərinə baxılması deyil, həm də dövlətimizin cənab Prezident İlham Əliyevin siyasəti sayəsində durmadan artan nüfuzunun rolu olub”, - o qeyd edib.
Eyni zamanda, E.Allahverdiyev forumun Astanada keçirilən ŞƏT dövlət başçılarının 24-cü Zirvə görüşündən bir neçə gün sonra baş tutmasına diqqət çəkib. Məlum olduğu kimi, bu Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Prezidenti Si Cinpin arasında görüş keçirilib.
“Əminəm ki, iki ölkə liderlərinin bu görüşü Azərbaycan-Çin münasibətlərinin inkişafında yeni mərhələ olacaq. Bildiyiniz kimi, görüş nəticəsində strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə qəbul edildi. Tamamilə göz qabağındadır ki, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq dərinləşəcək, ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaqdır. Bu bəyannamənin, eləcə də iqtisadi sahədə digər sənədlərin imzalanması Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun və çəkisinin daha da artdığını nümayiş etdirir. Bundan başqa, bu, Prezident İlham Əliyevin siyasətinə, onun şəxsiyyətinə hörmət və etimadın təzahürüdür”, - deyə E.Allahverdiyev vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın xarici siyasəti təkcə Qərblə deyil, Asiya regionu ilə də əlaqələrin uğurlu inkişafına yönəlib: “Bir müddət əvvəl müəyyən Qərb dairələri, xüsusən də Fransa Azərbaycanı qlobal proseslərdən təcrid etməyə cəhdlər edirdi. Amma əbəs yerə. Bu gün Azərbaycan Avropa və ABŞ ilə yanaşı, Çin, Mərkəzi Asiya ölkələri və digər dövlətlərlə əlaqələri inkişaf etdirir və möhkəmləndirir”.
“Bəzi statistik məlumatları qeyd edim. Bu ilin yanvar-may aylarında Azərbaycan ilə Çin arasında tranzit yükdaşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,6 faiz artıb. 2024-cü ilin altı ayında dəmir yolu daşımalarının həcmi 93 faiz artıb. Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərən 300-dən çox Çin şirkəti qeydiyyatdan keçib. Bundan əlavə, hazırda 10-a yaxın Çin şirkəti Qarabağ bölgəsində biznes fəaliyyəti ilə bağlı müraciət edib”, - deyə deputat davam edib.
E.Allahverdiyev onu da qeyd edib ki, Azərbaycan və Çin liderləri arasında keçirilən görüş turizmin daha intensiv inkişafı üçün zəmin yaradıb. “Əslində artım dinamikası ondan əvvəl də nəzərə çarpırdı. Belə ki, bu ilin yanvar-iyun aylarında Çindən Azərbaycana ötən ilin müvafiq dövrü ilə müqayisədə 135% çox turist gəlib. Eyni zamanda, Birgə Bəyannamə tərəflərin turizm sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduğunu əks etdirir. O cümlədən, Azərbaycan birtərəfli qaydada Çin vətəndaşları üçün bir il müddətinə vizasız rejim tətbiq edib. Çin mediasına görə bu xəbər onların səyahət platformalarını canlandırıb. Hazırda Azərbaycanla bağlı axtarış sorğularının sayı kəskin artıb. Belə ki, “trip.com” onlayn səyahət platformasında ölkəmizlə bağlı turizm istiqamətləri üzrə axtarışların həcmi 50 faiz artıb. Məsələn, qitə Çinindən Azərbaycana səyahət edən turistlərin sifarişləri illik hesablamada 85 faiz artıb. Digər onlayn səyahət platforması olan “Fliggy”-də Çindən ölkəmizə sifariş edilən aviabiletlərin həcmi 300 faizdən çox artıb”, - deyə o vurğulayıb.
E.Allahverdiyevin sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət Azərbaycanı dünya arenasında bərabərhüquqlu və etibarlı tərəfdaşa çevirib. “Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29 Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi bu siyasətin səmərəliliyinin daha bir bariz göstəricisidir. Yeri gəlmişkən, Azərbaycan və Çin dövlət başçıları tərəfindən qəbul edilmiş Birgə Bəyannamədə Pekinin COP29-un Azərbaycanda keçirilməsini alqışladığı və Bakının Konfransda müsbət nəticələrin əldə olunmasının təşviqində sədrlik roluna dəstək verdiyi qeyd olunub”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-11-2024