Mobil versiya
"Ermənistanın sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyirəm" - Paşinyan
Tarix: 04-07-2024 | Saat: 12:32
Bölmə:Dünya | çapa göndər

"Ermənistanın sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyirəm" -

Ermənistan ABŞ ilə münasibətlərinin səviyyəsini bir çox sahələrdə strateji tərəfdaşlığa yüksəltməyə hazırdır.

aia.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-nin Müstəqillik Günü münasibətilə Amerika lideri Co Baydenə müraciətində deyilir.

Paşinyanın sözlərinə görə, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olması prosesində ABŞ-nin roluna əhəmiyyət verir: "Fürsətdən istifadə edərək, Ermənistanın sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləmək və əmin olduğumu bildirmək istərdim ki, bu kritik dövrdə davamlı və möhkəmlənmiş tərəfdaşlığımız ölkələrimiz və region üçün dinc və daha firavan gələcək yaratmağa kömək edəcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024