Bu mesaj Rusiyadan qorxmadığımızı ifadə edən mesajdır - Şarl Mişel
Tarix: 27-06-2024 | Saat: 16:06
Bölmə:Dünya | çapa göndər
"Ukrayna ilə imzalanacaq təhlükəsizlik sazişi o mesajı verir ki, bizim yardımımız ehtiyac olduğu müddətdə davam edəcək. Bu saziş bizim yardım məsələsində konkret olmağımızın göstəricisidir".
aia.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə jurnalistlərə açıqlamasında deyib.
"Bizim Ukrayna ilə üzvlük danışıqlarımız başlayıb, bu, Aİ-nin, Ukrayna hökumətinin və xalqının qətiyyəti və qərarlılığını nümayiş etdirir".
Aİ Şurasının Prezidenti Şarl Mişel deyib ki, digər vacib məqam Ukraynaya daha çox hərbi və maliyyə yardımı ilə bağlıdır və bu yardımlar davam etməlidir. O, Aİ ölkələrinin Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərin Ukraynaya ayrılması ilə bağlı qərarını xatırladaraq bunu vacib olduğunu deyib.
"Bu qərar bizim Rusiyadan qorxmadığımızı ifadə edən bir mesajdır. Biz anlayırıq ki, Ukrayna gələcəyi üçün savaşır və biz də ortaq dəyərlərimiz, sülh, təhlükəsizlik və rifahla bağlı ortaq arzularımız üçün savaşırıq", - Şarl Mişel vurğulayıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024