Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Tarix: 24-06-2024 | Saat: 12:36
Bölmə:Siyasət | çapa göndər
İyun ayının 21-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın yaşıl gündəliyini nümayiş etdirən 29-cu Beynəlxalq Neft və Qaz – “Caspian Oil & Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji –“Caspian Power” sərgiləri keçirilib.
Bakı Enerji Həftəsində 37-də artıq ölkədən 300-dən çox şirkən iştirak edib. Bu da dövlətlərin və şirkətlərin bu işə inamını və sadiqliyini göstərir.
Onu da qeyd edək ki, tədbir artıq 30 ildir keçirilir. İlk dəfə bu tədbir hələ 1994-cü ildə təşkil olunub. İndiyə qədər isə ölkələrin cöğrafiyası və iştirak edən şirkətlərin sayı xeyli artıb və durmadan artmaqdadır. Bu sərgi eyni zamanda göstərir ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıran şirkətlər üçün də olduqca cəlbedicidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərgi zamanı “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibəsində “Masdar”ın bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımız olduğunu deyib. Qeyd edib ki, “Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş və külək enerjisi stansiyalarının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 giqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var”.
Bu sahədə Azərbaycan olduqca böyük işlər görür. Xarici ölkələri, şirkətləri özünə cəlb edir. Odur ki, ölkəmizdə energetika sahəsinə yaxşı sərmayə mühiti mövcuddur. Bütün bunlar göstərir ki, respublikamız ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir.
Azərbaycan COP29-a ev sahibliyi edir, odur ki, Azərbaycanın yaşıl enerjiyə keçid prosesində üzərinə çox böyük öhdəlik və məsuliyyət düşür. Respublikamız eyni zamanda bu səbəbdən də öndəgedənlərdən olmalıdır.
Çox sevindirici haldır ki, Azərbaycanın “Masdar”, “ACWA Power” kimi strateji tərəfdarları var və bizimlə işləmək istəyən, sərmayə qoymağı planlaşdıran bir sıra xarici şirkətlər vardır. Onu da qeyd edək ki, BP də sərmayədarlar sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızın neft və qaz sahəsini yaxşı bildiyini və bu işə isə təzə başlanıldığını və milli enerji şəbəkəsi ilə bağlı müəyyən çətinliklərin olduğunu və eyni zamanda sərmayədarların verdiyi mümkün qədər çox enerjinin qəbul edilməsi üçün milli enerji şəbəkəsinin gücləndirilməsinin lazım olduğunu söyləyib.
Prezident İlham Əliyev digər çətinliyin ötürülmə xətləri ilə bağlı olduğunu və bu halda öz qonşularımızla fəal çalışmağımızın lazım olduğunu deyib. Qeyd edib ki, Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşmaq tətbiq edilməlidir ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.
Bu il Azərbaycan COP29-a ev sahibliyi edir. Prezident İlham Əliyev bu ili xüsusi Sərəncamla Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP29 zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.
Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-11-2024