Mobil versiya
Zelenskinin şəxsi mühafizəçisi hakimiyyəti ələ keçirməkdə ittiham olunur
Tarix: 21-06-2024 | Saat: 10:33
Bölmə:Dünya | çapa göndər

Zelenskinin şəxsi mühafizəçisi hakimiyyəti ələ keçirməkdə ittiham olunur

Ukrayna Dövlət Təhlükəsizliyi İdarəsinin 10 əməkdaşı departament rəhbəri vəzifəsini icra edəni “hakimiyyəti icazəsiz ələ keçirməkdə” ittiham edib. Söhbət prezident Volodimir Zelenskinin şəxsi mühafizəçisi Maksim Dontsdan gedir.

aia.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski may ayında Dövlət Təhlükəsizlik Departamentinin keçmiş rəhbəri Sergey Rudini işdən çıxarıb. Onun səlahiyyətlərini Rudinin müavini Maksim Donetsə həvalə edib.

Departament işçiləri tərəfindən Zelenskiyə göndərilən məktubda qeyd olunur ki, yeni rəis tabeliyində olanlara silahsız xidmətə getməyi əmr edib. Bu da təlimatları pozur və dövlətin yüksək vəzifəli şəxslərini müdafiə edərkən “gözlənilməz nəticələrə səbəb ola bilər”. Bundan əlavə, Donetsin şifahi əmri ilə bəzi zabitlər bütün partlayıcı maddələri və qurğuları Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) təhvil verib.

Zabitlər Maksim Donetsin bu hərəkətlərini qanunsuz adlandırıblar və onu “dövlət hüquq-mühafizə orqanında hakimiyyətin özbaşına ələ keçirilməsi”ndə ittiham ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024