Mobil versiya
Daşkəsəndə aztəminatlı ailələrə bayram sovqatları təqdim edilib -Foto
Tarix: 14-06-2024 | Saat: 16:36
Bölmə:Cəmiyyət | çapa göndər

Daşkəsəndə aztəminatlı ailələrə bayram sovqatları təqdim edilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda növbəti sosial yardım aksiyası dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı ərəfəsində təşkil edilib. Aksiya çərçivəsində rayonun Çovdar, Quşçu kəndi, eyniadlı qəsəbədə yaşayan aztəminatlı ailələr ziyarət edilib. Vətəndaşlara Səhmdar Cəmiyyətin adından bayram təbrikləri çatdırılıb, müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib. Aksiya ümumilikdə 100 ailəni əhatə edib.
Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi icra edilən bu tip aksiyaların məqsədi dövlət siyasətinin əsasını təşkil edən sosialyönümlü fəaliyyətə, ölkə əhalisinin rifah halını yaxşılaşdırması istiqamətində atılan addımlara töhfə verməkdir. Cəmiyyət fəaliyyəti göstərdiyi bölgədə yaşayan vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi üçün ilə hər il müxtəlif növ layihələr, yeni sosial təşəbbüslər həyata keçirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-07-2024