Bakı Enerji Həftəsi dünyanın diqqətini ölkəmizə yönəltdi
Tarix: 07-06-2024 | Saat: 10:57
Bölmə:Siyasət | çapa göndər
İyunun 4-6 tarixlərində keçirilən Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirdi: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 29-cu Bakı Enerji Forumu. Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında enerji sektorunda qazandığımız uğurlara diqqəti yönəldərək bu mühüm məqamı xüsusi qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası iqtisadiyyatımıza sanki bir nəfəs verdi. İqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı.
“Əsrin müqaviləsi”nin iqtisadi tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti də daha çox təhlil olunur. Bu saziş Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin sayı artdı. “Əsrin müqaviləsi”ndən sonra imzalanan onlarla sazişlər, Anlaşma memorandumları da deyilənlərin təsdiqidir. Ölkə Prezidentinin çıxışlarında “Əsrin müqaviləsi”ndən önə Beynəlxalq Neft və Qaz sərgi-konfransının keçirilməsinin də malik olduğumuz iqtisadi imkanların təqdimatında əhəmiyyəti xüsusi qeyd olunur. Cənab İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında bir daha qeyd etdi ki, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir. Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik: “Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər.”
Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Stiven Murtay çıxışında bildirdi ki, Bakı Enerji Həftəsi təkcə ötən nailiyyətlərimizi ifadə etməklə kifayətlənmir, həm də sənaye sektorunu və dünyanı şəkilləndirəcək gələcək nailiyyətlər üçün körpü rolunu oynayır. Bakı Enerji Həftəsinin dünya ictimaiyyəti üçün nə qədər vacib əhəmiyyətə malik olduğunu söyləsək, mübaliğə etmiş sayılmarıq. Bu, enerjinin inkişafına, dayanıqlılığa və bizi daha parlaq, daha səmərəli gələcəyə doğru istiqamətləndirən beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsinə davamlı sadiqliyimizin təzahürüdür. Otuz il öncə Bakı Enerji Həftəsi Xəzər Neft və Qaz Sərgisi kimi işə başlamış və müasir müstəqil Azərbaycanın enerji sektoruna səyahətinin ilk günləri kimi xatirələrdə qalmışdır. Bu il 30 illiyi qeyd olunan məşhur “Əsrin müqaviləsi”nin imzalanmasından bir qədər əvvəl buna ilkin olaraq təşəbbüs göstərilmişdi. O vaxtdan bəri tədbir dünyanın hər bir guşəsindən enerji ekspertləri üçün əsas toplantı mərkəzinə çevrilib, geniş silsilə mövzuları və yenilikləri əks etdirməklə əhatə dairəsini daha da genişləndirib.
“Əsrin müqaviləsi”nin əsas tərkib hissələri olan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanı regionun aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Ölkə Prezidenti İlham Əliyev 2006-cı il 28 may-Respublika Günündə (hazırda Müstəqillik Günü) Azərbaycan neftinin Ceyhan terminalına catması münasibətilə xalqa müraciətində bu inamı ifadə etmişdir ki, ölkəmiz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətindən çox böyük fayda əldə edəcək. Hər bir vətəndaş bu müsbət dəyişiklikləri öz gündəlik həyatında hiss edəcək.
Bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələnin gündəmə gətirilməsini şərtləndirir. Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Dövlətimizin başçısı İlham Əliyev xalqa qeyd olunan müraciətində bu məqamı da xüsusi olaraq bildirmişdir: “Gəlin fərz edək ki, əgər 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik.”
Bu gün artıq Cənub Qaz Dəhlizinin əsas seqmentləri olan TANAP-ın və TAP-ın genişləndirilməsi məsələsi əsas müzakirə mövzusudur. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu günbəgün artır.
Hazırkı dövrün əsas çağırışı olan iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə geniş müzakirə edildi. Cənab İlham Əliyev vurğuladı ki, iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq. O da qeyd edildi ki, Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik. Azərbaycan maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024