Mobil versiya
ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Tarix: 06-06-2025 | Saat: 20:24
Bölmə:Gündəm | çapa göndər

ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Azərbaycan Dəmir Yolları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, iyunun 5-də Bakı–Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub.

Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100 % doluluqla (530 sərnişin) yola düşüb.

Həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

Artan sərnişin tələbatı nəzərə alınaraq, 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə