Deputat regional toplantıda gənc sahibkarlığın inkişafı ilə bağlı ölkəmizin təcrübəsini bölüşüb -Fotolar
Tarix: 31-05-2024 | Saat: 14:14
Bölmə:Siyasət | çapa göndər
Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının 22 iclası keçirilib. Sankt-Peterburq şəhərində baş tutan toplantıda Azərbaycanı Milli Məclisin deputatı Könül Nurullayeva təmsil edib. İclasın əsas mövzusu birlik ölkələrində gənc sahibkarlığın inkişafı ilə bağlı olub. Çıxışçılar gənc iş adamlarına dəstək tədbirləri haqqında danışıb, öz ölkələrinin bu sahədəki təcrübələrini bölüşüblər. Tədbirdə çıxış edən deputat Könül Nurullayeva bildirib ki, Azərbaycanda gənc sahibkarların dəstəklənməsi və biznes bacarıqlarının inkişafı üçün ekosistemin yaradılması Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan gənclərinin biznes dəstəyinə tələbi ildən-ilə artır ki, bu da fəal dövlət dəstəyi və ölkənin müasir, vaxtaşırı təkmilləşən qanunvericilik bazasının qurulması ilə şərtlənir.
Deputat qeyd edib ki, Gənclər və İdman Nazirliyi tərəfindən mütəmadi olaraq gənc Sahibkarlar Forumları təşkil edilir, dialoq və təcrübə mübadiləsi üçün platforma yaradılır.
Gənclərin biznes fəaliyyəti eyni zamanda KOBİA - Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Gənclər Fondunun çoxsaylı mexanizmləri vasitəsilə stimullaşdırılır. Gənclər dövlət dəstəyi sistemi ilə tanış edilir, rəy və təkliflər öyrənilir, lisenziyalar, o cümlədən startap layihələrinin həyata keçirilməsi üçün verilir: “Gənc sahibkarlara yardım dövlət tərəfindən həyata keçirilən özünüməşğulluq proqramları vasitəsilə də həyata keçirilir. Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səyləri ilə iş adamlarına maneə cəhdlərinin qarşısı qətiyyətlə alınır. Bazarda vəziyyətin monitorinqi sistemli şəkildə aparılır, müraciət və şikayətlərə baxılır. Qanunu pozanlara qarşı müvafiq sanksiyalar tətbiq edilir”.
Deputat həmçinin bildirib ki, dövlət işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda gənc iş adamlarının ideyalarının həyata keçirilməsini təşviq edir: “Yaşıl iqtisadiyyat” və “ağıllı şəhər” anlayışları bu sahələri innovativ səylər və startaplar zonasına çevirməyə yönəlib”.
MDB ölkələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakına da toxunan deputat bu xüsusda Özbəkistan, Qazağıstan, Qırğızıstan və Belarus prezidentlərinin azad edilmiş ərazilərə səfərlərini xüsusi qeyd edib. K.Nurullayeva vurğulayıb ki, gənclər öz bizneslərini qurmaq üçün bacarıq və imkanlar əldə etməklə nəinki öz məşğulluğunu təmin edir, həm də başqaları üçün iş yerləri yaradırlar ki, bu da sosial-iqtisadi problemlərin həllinə öz töhfəsini verir.
Onun sözlərinə görə, gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına mane olan amillərin müəyyən edilməsi və aradan qaldırılması vacibdir. Bu mənada təcrübə mübadiləsi mühüm rol oynayır.
“Azərbaycanın gənc sahibkarları ölkə daxilində biznesi inkişaf etdirməklə yanaşı, xaricdəki həmkarları ilə də sıx əlaqə saxlayırlar. Biznesdə qarşılıqlı fəaliyyət formatları müxtəlif platformalarda müzakirə olunur”, - deyə K.Nurullayeva bildirib.
Deputat uğurlu nümunə kimi Azərbaycan və Rusiya arasında gənclərin sahibkarlığı sahəsində dialoquna diqqəti cəlb edib. Bildirib ki, ötən il ölkəmizdə Gənc Sahibkarlar Klubunun açılması ilə bağlı Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi ilə Bakıdakı Rus Evinin birgə layihəsi həyata keçirilib. Eyni zamanda Stavropolda keçirilən Rusiya Federasiyası və Azərbaycanın IV Gənclər Təşəbbüsləri Forumunun gündəliyinə gənclərin sahibkarlığı mövzusu da daxildir.
K.Nurullayeva qeyd edib ki, Azərbaycan bütün MDB ölkələri ilə dövlətimizin maraqlarına cavab verən təcrübə mübadiləsinə hazırdır.
Deputat həmçinin diqqəti ölkəmizin ev sahibliyi edəcəyi COP29 tədbirinə də toxunub. Qeyd edib ki, sessiya zamanı ölkəmiz ekoloji sahədə bəşəriyyətin üzləşdiyi problemlərdən çıxış yolları üzrə qlobal dialoq platformasına çevriləcək: “COP29 çərçivəsində bir çox məsələlərlə yanaşı biznesin ətraf mühitin qorunmasında, o cümlədən gənclərin startap layihələri vasitəsilə iştirakı ilə bağlı fikir mübadiləsinin aparılması planlaşdırılır ki, bu da adıçəkilən sahənin inkişafına töhfə olacaq.”
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024