Eltun Süleymanov: "Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, beynəlxalq hüququ yalnız bəyanatlarla deyil, əməli güc və siyasi iradə ilə təsdiqləmək mümkündür."
Tarix: 18-09-2025 | Saat: 11:30
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan tarixində qürurla xatırlanan günlərdən biri də 20 Sentyabrdır. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin işğaldan tam azad edilməsi ilə yadda qaldı. Siyasi, hərbi və diplomatik baxımdan bu hadisə Azərbaycan dövlətçiliyinin müasir tarixində dönüş nöqtəsidir. Ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə ölkəmizin milli maraqları təmin olundu, 30 illik ədalətsizliklərə son qoyuldu.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, Azərbaycan 2020-ci ildə əldə etdiyi tarixi Qələbə ilə öz ərazi bütövlüyünün bərpasına nail olsa da, müəyyən təhlükəsizlik riskləri qalmaqda idi. Separatizmin yuva qurduğu Xankəndi və ətraf ərazilərin 20 Sentyabr 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində azad edilməsi bu risklərə son qoydu. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Azərbaycan suverenliyini tam təmin etdi, ölkə ərazisində konstitusiya quruluşunu bərpa etdi.” Bu addım həm də Cənubi Qafqazda yeni siyasi reallıq yaratdı. Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, beynəlxalq hüququ yalnız bəyanatlarla deyil, əməli güc və siyasi iradə ilə təsdiqləmək mümkündür. 20 Sentyabr zəfəri ilə Azərbaycanın iqtisadi inkişafı üçün geniş imkanlar açıldı. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə əraziləri ölkənin sosial-iqtisadi xəritəsinə geri döndü. Bu bölgələrin bərpası və yenidən qurulması Azərbaycanın milli iqtisadi strategiyasının mühüm tərkib hissəsidir. Bu gün həmin ərazilərdə yeni yollar, elektrik xətləri, qaz və su təchizatı xətləri çəkilir. Hava limanlarının, sənaye parklarının və kənd təsərrüfatı sahələrinin inkişafı üzrə planlar reallaşır, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları tətbiq olunur. İşğaldan azad edilən torpaqların bərpası Azərbaycanın iqtisadiyyatına əlavə dinamika qazandırır. Qarabağın təbii resursları, kənd təsərrüfatı potensialı və turizm imkanları ölkəmizin uzunmüddətli dayanıqlı inkişafına xidmət edir. 20 Sentyabr təkcə hərbi-siyasi qələbə deyil, həm də xalqın milli ruhunun, şəhidlərin qanı ilə yazılmış qəhrəmanlıq dastanının zirvəsidir. Bu tarix Azərbaycan xalqının həmrəyliyini, dövlətinə və liderinə güvənini bir daha göstərdi. Azərbaycanda hər bir vətəndaş bilir ki, Xankəndində, Xocalıda, Xocavənddə və Ağdərədə dalğalanan üçrəngli bayraq sadəcə bir simvol deyil – bu, əbədi qələbənin, milli suverenliyin təcəssümüdür. Azərbaycan dövləti azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərini milli prioritet elan edib. 20 Sentyabr zəfərindən sonra bu bölgələrdə aparılan işlər Qarabağın gələcəyini müəyyənləşdirir. Xankəndində yeni məktəblərin, xəstəxanaların, mədəniyyət mərkəzlərinin tikintisi gedir, Xocalıda qətliamın qurbanlarının xatirəsinə abidələr ucaldılır, şəhər tam müasir infrastrukturla bərpa edilir. Xocavənddə kəndlər yenidən salınır, kənd təsərrüfatı layihələri həyata keçirilir. Ağdərədə sənaye və turizm potensialının inkişafı üçün xüsusi layihələr hazırlanır. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Biz təkcə azad etməklə kifayətlənmədik, həm də bu torpaqlara həyat, dirçəliş və gələcək bəxş edirik.” 20 Sentyabr tarixi Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də mənəvi gücünün simvoludur. Bu gün ölkəmiz yalnız ərazi bütövlüyünü deyil, həm də regionun gələcəyini müəyyənləşdirən güc mərkəzi statusunu möhkəmləndirir. Qarabağda aparılan tikinti və şəhərsalma işləri isə bu zəfərin əbədiliyini təmin edir.
Azərbaycan xalqı artıq əminliklə deyir: “Qarabağ Azərbaycandır – bu həqiqət əbədi və dönməzdir!” Azərbaycan xalqı işğala boyun əymədi, ədalətini özü bərpa etdi. Bizim zəfərimiz təkcə torpaqlarımızın deyil, beynəlxalq hüququn da təntənəsidir. Bu gün Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə tikilən məktəblər və evlər, çəkilən yollar bir çağırışdır: Bu torpaq əbədidir, bu Vətən bölünməzdir, bu qələbə əbədi yaşayacaqdır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günümüz insanların yaddaşından, tarixin səhifələrindən heç vaxt silinməyəcək-deyə E. Süleymanov fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-09-2025