Mobil versiya
"Türkiyə terrorustan qurulmasına əsla icazə verməyəcək" - Ərdoğan
Tarix: 30-05-2024 | Saat: 15:53
Bölmə:Dünya / Karusel | çapa göndər

"Türkiyə terrorustan qurulmasına əsla icazə verməyəcək" -


"Türkiyə cənub sərhədlərində, Suriya və İraqın şimalında separatçı təşkilatın terrorustan qurmasına əsla icazə verməyəcək".

aia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efes-2024 hərbi təlimlərinin açılış mərasimi zamanı deyib.

Ərdoğan bu barədə hərəkət etməkdən çəkinməyəcəklərinin vurğulayıb: "Bölgəmizdə hansı oyunun oynanıldığını çox yaxşı bilirik. Bu hiylələrə qapılmırıq... "

O, heç bir təhdid qarşısında boyun əyməyəcəklərini vurğulayıb: "Bu il təlimlərimizdə 45 müxtəlif ölkədən 2 minə yaxın dost və şəxsi heyət iştirak edir. 2 il əvvəl keçirdiyimiz təlimdə iştirak edən ölkələrin sayı 32 idi. Təlimlərə maraq artıb. Ümumilikdə 11 min hərbçinin iştirakı ilə bizə dəstək olan hər kəsə təşəkkür edirəm.

Təlimdə inventara yeni daxil olan yerli və milli sistemlərdən istifadə etmək imkanımız var. 33 fərqli silah, vasitə və sistemin ilk sınaqlarını edəcəyik.

Bizim heç kimin torpağında, suveren hüquqlarında gözümüz yoxdur..."

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024