Mobil versiya
Rəisinin helikopterinin vurulması versiyası təkzib EDİLDİ
Tarix: 30-05-2024 | Saat: 11:03
Bölmə:Manşet / Dünya | çapa göndər

Rəisinin helikopterinin vurulması versiyası təkzib

İranlı ekskpertlər indiyə kimi İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyəti Xudafərindən Təbrizə aparan helikopterin hər hansı xarici tərəf tərəfindən vurulması ilə əlaqədar heç bir səbəb aşkarlamayıblar.

aia.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının təbii fəlakətin təhqiqatından sonra ikinci hesabatında deyilir.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024