Mobil versiya
"İqtisadi azadlıqları genişləndirmək, açılımlara getmək lazımdır" - Deputat
Tarix: 27-05-2024 | Saat: 12:46
Bölmə:İqtisadiyyat | çapa göndər

"İqtisadi azadlıqları genişləndirmək, açılımlara getmək lazımdır" -

"Son 10 ilin göstəricilərindən çıxış etsək, Azərbaycanda minimum əməkhaqqı 24 faizdən 35 faizə qədər artım olub. Bunu məqbul rəqəm hesab etmirəm".

aia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcəyə dəyişikliyin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, bizim qoşulduğumuz beynəlxalq xartiyalar, həm də Azərbaycan hökuməti hədəf kimi göstərib ki, minimum əməkhaqqı orta əməkhaqqının 60 faizinə çatsın:

"Belə misalla götürəndə bizdə orta aylıq əməkhaqqı 985 manatdırsa, o indiki kimi 345 manat deyil, 60 faiz götürəndə 594 manat olması istiqamətində addımlar atılmalıdır".

Deputat qeyd edib ki, iqtisadi azadlıqları genişləndirmək, açılımlara getmək lazımdır: "Yerlərdə istehsalın genişləndirilməsinə mane olan bütün maneələri aradan qaldırmaq lazımdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə