Mobil versiya
Paşinyan: Ermənistan ilk dəfə olaraq sərhədlərini danışıqlar yolu ilə müəyyən edir
Tarix: 22-05-2024 | Saat: 18:00
Bölmə:Siyasət | çapa göndər

Paşinyan:

Delimitasiya prosesi nəticəsində Ermənistanın dövlətçiliyi ilə bağlı problemin 60 faizini həll etmişik.

aia.az-ın Ermənistan mediasına istinadən xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında bildirib.

O, həmçinin Azərbaycanla sərhədlərin delimitasiyasının əsaslandığı xəritəni deputatlara nümayiş etdirib.

Ermənistanın hökumət rəhbəri bildirib ki, 1976-cı ilə aid olan xəritə vaxtilə SSRİ-nin Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənib və Silahlı Qüvvələrinin Baş Qərargahı ondan istifadə edib. O həmçinin, Tavuş istiqamətində delimitasiya zamanı ölkəsinin ərazi itkiləri ilə üzləşməsi barədə iddialarla razılaşmayıb və bu prosesi uğur kimi dəyərləndirib:

“Mən bunu uğur adlandırardım. Çünki Ermənistan tarixində ilk dəfə olaraq sərhədlərini danışıqlar yolu ilə müəyyən edir və bununla suverenlik, dövlətçilik və gələcək inkişafın təməlini qoyur”, - Paşinyan fikirlərini belə yekunlaşdırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024