Ana Sayfa > Siyasət > Paşinyan:
Paşinyan:22-05-2024, 18:00. Yazar: sevinc1 |
Delimitasiya prosesi nəticəsində Ermənistanın dövlətçiliyi ilə bağlı problemin 60 faizini həll etmişik. aia.az-ın Ermənistan mediasına istinadən xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında bildirib. O, həmçinin Azərbaycanla sərhədlərin delimitasiyasının əsaslandığı xəritəni deputatlara nümayiş etdirib. Ermənistanın hökumət rəhbəri bildirib ki, 1976-cı ilə aid olan xəritə vaxtilə SSRİ-nin Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənib və Silahlı Qüvvələrinin Baş Qərargahı ondan istifadə edib. O həmçinin, Tavuş istiqamətində delimitasiya zamanı ölkəsinin ərazi itkiləri ilə üzləşməsi barədə iddialarla razılaşmayıb və bu prosesi uğur kimi dəyərləndirib: “Mən bunu uğur adlandırardım. Çünki Ermənistan tarixində ilk dəfə olaraq sərhədlərini danışıqlar yolu ilə müəyyən edir və bununla suverenlik, dövlətçilik və gələcək inkişafın təməlini qoyur”, - Paşinyan fikirlərini belə yekunlaşdırıb. aia.az Geri dön |