Mobil versiya
Simonyan: Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır
Tarix: 22-05-2024 | Saat: 13:33
Bölmə:Siyasət | çapa göndər

Simonyan:

Ermənistanla Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və regional kommunikasiyaların açılması üzrə danışıqlar davam etdirilir.

aia.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan Lüksemburq Deputatlar Palatasının sədri Klod Vislerlə birgə mətbuat konfransında deyib.

O əlavə edib ki, indiyədək Almatı bəyannaməsinə istinadən imzalanan bir sıra sənədlər imzalanıb və danışıqlar davam edir:

“Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır. Biz 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq bütün nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləyirik. Ümid edirik ki, bu proses uğurla nəticələnəcək” – Alen Simonyan deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024