Ana Sayfa > Siyasət > Simonyan:
Simonyan:22-05-2024, 13:33. Yazar: sevinc1 |
Ermənistanla Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və regional kommunikasiyaların açılması üzrə danışıqlar davam etdirilir. aia.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan Lüksemburq Deputatlar Palatasının sədri Klod Vislerlə birgə mətbuat konfransında deyib. O əlavə edib ki, indiyədək Almatı bəyannaməsinə istinadən imzalanan bir sıra sənədlər imzalanıb və danışıqlar davam edir: “Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır. Biz 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq bütün nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləyirik. Ümid edirik ki, bu proses uğurla nəticələnəcək” – Alen Simonyan deyib. aia.az Geri dön |