Mobil versiya
Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını dayandırıb - YENİLƏNİB
Tarix: 03-05-2024 | Saat: 09:57
Bölmə:Dünya | çapa göndər

Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını dayandırıb -

Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını tamamilə dayandırıb.

aia.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

“Dövlət səviyyəsində görülən tədbirlərin ikinci mərhələsinin həyata keçirilməsinə başlanılıb, bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatları dayandırılıb”, - nazirliyin açıqlamasında bildirilib.

Qeyd olunub ki, mövcud qadağa İsrail hökumətinin Qəzzaya fasiləsiz humanitar yardım çatdırılmasına icazə verənə qədər qüvvədə olacaq.

02.05.2024, 22:08

Türkiyə İsraillə iqtisadi əlaqələri kəsir.
Bu barədə Türkiyə rəsmilərinə istinadən məlumat yayılıb.

Mənbələrə görə, Türkiyə cümə axşamı günündən etibarən İsraillə bütün ixrac və idxal əməliyyatlarını dayandırıb.

Hələlik Türkiyə rəsmilərindən bu addımla bağlı heç bir rəsmi təsdiq yoxdur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2025