Mobil versiya
Məktəblilərin ölümü ilə bağlı cinayət işi başlanıb
Tarix: 15-04-2024 | Saat: 17:09
Bölmə:Təhsil | çapa göndər

Məktəblilərin ölümü ilə bağlı cinayət işi başlanıb


İmişlidə 2 nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

aia.az xəbər verir ki, Baş prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusunaa cavab olaraq bildirilir ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisində yerləşən tikilinin üzərindən keçən hava elektrik xəttinə toxunmaları səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölmələri faktı ilə bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə