Mobil versiya
Həkimdən XƏBƏRDARLIQ: “Arıqlamaq istəyərkən hamilə qala bilərsiniz”
Tarix: 02-04-2024 | Saat: 10:05
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

Həkimdən XƏBƏRDARLIQ:


Alimlər uzun araşdırmadan sonra maraqlı nəticə ilə qarşılaşıblar. Məlum olub ki, “Ozempic” adlı dərman vasitəsilə arıqlayan qadınlar kütləvi şəkildə hamilə qalmağa başlayıblar.

aia.az xəbər verir ki, Hollivud məşhurları da daxil olmaqla, bir çox insanın arıqlamaq üçün istifadə etdiyi diabet dərmanı “Ozempic” və onun analoqlarının daha bir əks-təsiri aşkar edilib.

Dərmandan arıqlamaq üçün istifadə edən qadınlar hamilə qaldıqlarını və uşaq dünyaya gətirdiklərini bildiriblər.

Bir çox qadın hamiləlik xəbərinin onlar üçün tamamilə sürpriz olduğunu etiraf edib. Reproduktiv tibb və piylənmə sahəsində həkimlər diabet dərmanları ilə çəki itirərkən qadınlarda məhsuldarlığın artması tendensiyası müşahidə etdiklərini bildiriblər.

Mütəxəssislər səbəblərdən biri kimi “Ozempic”in çəkiyə təsirini göstəriblər: qadınlar arıqladıqda, piylənmə və metabolik pozğunluqların yaratdığı hormonal balans bərpa olunur.

Bu dərman ölkəmizdə də istifadə olunur.

Məsələ ilə bağlı fikirlərini Bizim.media bölüşən həkim-ginekoloq Təranə Həsənova bildirib ki, adı çəkilən dərman Azərbaycanda da kifayət qədər populyardır:

“Qadınlar çəki atmaq üçün bundan çox istifadə edirlər. Bu dərman həm də şəkəri stabilləşdirir. İnsulin müqaviməti olan qadınlar da bundan istifadə edirlər. Bu, şəkərin ilkin mərhələsində kömək edir. Amma “Ozempic” qəbul edəndə qadınlar asanlıqla hamilə qalırlar.

Ona görə ki, bu dərmandan istifadədən sonra orqanizmdə təkcə şəkər stabilləşmir, həm də həmin qadınlar xeyli çəki ata bilirlər. Bundan sonra isə orqanizmdəki maddələr mübadiləsi normal vəziyyətə gəlir. Orqanizmdə hər şey öz normal qaydasına gəldiyi üçün də istənilən qadın asanlıqla hamilə qala bilir. Yəni arıqlamaq üçün istifadə edilən bəzi dərmanlar, o cümlədən “Ozempic”dən istifadədən sonra qadınlarda hamilə qalma riski kifayət qədər yüksək olur”./oxu.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-12-2024