Mobil versiya
YAP Şirvan şəhər təşkilatı 31 mart soyqırım gününə həsr olunmuş tədbir keçirilib -Fotolar
Tarix: 29-03-2024 | Saat: 18:47
Bölmə:Gündəm / Cəmiyyət | çapa göndər

YAP Şirvan şəhər təşkilatı 31 mart soyqırım gününə həsr olunmuş tədbir keçirilib

29.03.2024-cü il tarixdə YAP Şirvan şəhər təşkilatının inzibati binasında YAP ərazi partiya təşkilatlarının iştirakı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidə kompleksinin önünə gül dəstələri düzüb, dərin hörmət və ehtiramla anıblar.

aia.az xəbər verir ki, tədbir YAP Şirvan şəhər təşkilatının konfrans zalında davam edib.

Tədbirdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər İcra Hakimiyyətinin əməkdaşı Rafail Nəsirov, YAP ərazi partiya təşkilatlarının sədrləri və fəalları iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, faciə qurbanlarının və ümumilikdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan olunub.

Sonra 21 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Daha sonra 31 Mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş YAP Şirvan şəhər təşkilatının hazırladığı videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək bildirib ki, tariximizin yeni dövründə 31 mart Azərbaycan xalqı, dünya azərbaycanlıları üçün kədər və hüzn ilə qeyd olunan bir gündür. 1998-ci ildən başlayaraq, hər il Azərbaycan Respublikasında 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur. Soyqırımı və deportasiya siyasəti xalqımız üçün iqtisadi, siyasi, maddi və mənəvi planda ağır nəticələr vermişdir. İki yüz ilə yaxın davam edən bu bədnam siyasət və məqsədyönlü fəaliyyət nəticəsində əzəli Azərbaycan torpaqları təcavüzkar qonşular tərəfindən qəsb edilmiş, on minlərlə soydaşımız əzab-əziyyətlə öldürülmüş, yüz minlərlə insan doğma torpaqlarından didərgin salınmış, qiymətli maddi-mədəniyyət abidələri vəhşicəsinə məhv edilmişdir. İki milyona yaxın azərbaycanlı soyqırımı siyasətinin və praktikasının ağır nəticələrini bu və ya başqa şəkildə öz taleyində hiss etmişdir.

Çıxış edən Rafail Nəsirov, Əminə Əliyeva, Namidə Nəmini və Taleh Məmmədov Azərbaycan xalqına qarşı yüz illər boyu davam edən soyqırımı və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi barədə məlumat verib, ermənilərin Azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdikləri soyqırımları və törətdikləri vəhşiliklərdən bəhs ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024