Mobil versiya
Balaca Nilufəri tək qoymayaq – Bu uşağın təcili yardımınıza ehtiyacı var!
Tarix: 28-03-2024 | Saat: 19:53
Bölmə:Cəmiyyət | çapa göndər

Balaca Nilufəri tək qoymayaq – Bu uşağın təcili yardımınıza ehtiyacı var!

10 yaşlı Nilüfər Həsənliyə 2 aydır ki, diffuz pons gliomu (beyin kökünün şişi) diagnozu qoyulub. Balaca Nilufər amansız xəstəliyi ilə əlaqədar tezliklə Türkiyəyə aparılmalı, orada müayinə və müalicə olunmalıdır. Əgər vaxtında müalicə olunmazsa, o zaman Nilufər həyati risklərlə qarşı-qarşıya qalacaq.
Müalicə olunması üçünsə Nilufərin ailəsinin sizlərin maliyyə yardımına ehtiyacı var. Belə ki, ailənin imkanları məhdud olduğu üçün valideynləri azyaşlı uşağı müalicə etdirə bilmir. Türkiyə və İsraildə müayinə, müalicə üçün yüklü miqdarda vəsait tələb olunur. İmkanlı şəxslərdən və gücü çatan hər bir vətəndaşımızdan xahişimiz budur ki, bu balaca övladımızın sağalması üçün əllərindən gələni əsirgəməsinlər. Gəlin, həmrəy olaq, bir ailəni, bir ananı gözüyaşlı qoymayaq, çətinliklərlə, ölümlə mübarizə aparan balaca Nilüfərə dəstəyimizi nümayiş etdirək!
Yardım etmək istəyənlər aşağıda qeyd olunmuş bank hesabına pul vəsaiti köçürə, yaxud telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər:

Telefon nömrəsi: 0703090509 (atası)

Bank hesabının detalları:
Kapital Bank
Kart məlumatları: 5239 1517 2227 6014, Elşad Həsənli



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024