Dostluq və qardaşlıq əlaqələrinin rəmzi
Tarix: 14-03-2024 | Saat: 11:30
Bölmə:Siyasət | çapa göndər

Mart ayının 11-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. İki dost ölkə arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcək yüksəksəviyyəli bu səfər zamanı əvvəlcə iki dövlət başçısının məhdud tərkibdə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib və dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilib. Daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan-Qazaxıstan münasibətləri ortaq köklərə və tarixə əsaslanır. İki ölkə, eləcə də xalq arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri bu gün də davam edir. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda iki yüz minə yaxın azərbaycanlı yaşayır. Azərbaycanlılar burada diaspor işində çox fəaldırlar. Bununla yanaşı, soydaşlarımız Qazaxıstanda elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə çalışır, bu ölkənin ictimai-siyasi inkişafına öz töhfələrini verirlər.İlham Əliyevin və Qasım-Jomart Tokayevin səyləri nəticəsində iki ölkə arasındakı mövcud əlaqələr daha da dərinləşərək strateji tərəfdaşlıq və qardaşlıq səviyyəsinə yüksəlib. 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi işğalçılardan azad etmək üçün apardığımız mübarizədə Qazaxıstanın mövqeyini xüsusilə vurğulamaq lazımdır. Qazaxıstanın, eləcə də ölkəmizin çoxsaylı həqiqi dostlarının obyektiv və balanslı mövqeyi İkinci Qarabağ savaşında ədalətin qalib gəlməsinə kömək etdi. Bu münasibətlərin bütün sahələrdə daha da inkişaf etməsi üçün bu gün də tərəflər siyasi iradəsi numaiyiş etdirirlər. Din, dil və ortaq tariximiz də bunu tələb edir.Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri zamanı əməkdaşlığımızın əsas elementlərindən biri olan nəqliyyat-tranzit məsələsi müzakirə olundu. Dünyada Orta Dəhlizin əhəmiyyətinin artdığı bir zamanda Türk dünyasının güclü olması və ortaq mövqe sərgiləməsi olduqca vacibdir. Çünki əvvəllər Çindən dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına daşınması əgər 53 gün zaman alırdısa, hazırda bu, cəmi 18 günə mümkündür. Bu da əlavə böyük vaxt itkisinin aradan qaldırılması deməkdir. Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi vasitəsilə ölkəmizə ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır. Bu da dəhlizin gələcək inkişafından xəbər verir. Qeyd edək ki, hər iki ölkə TDT çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində xeyli işlər görüb. Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə olduğu kimi, enerji sektorunda da uğurlu əməkdaşlıq mövcuddur. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib. Qazaxıstanın xam neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünya bazarına çıxarılması buna əyani misaldır. Xam neftin Azərbaycanda emalı və onun dünya bazarına ötürülməsi uğurlu əməkdaşlıqdan xəbər verir.Müstəqillik dövründən bəri yüksəlişdə olan Azərbayan-Qazaxıstan münasibətlərinin daha da inkişafı üçün tarixi fürsət yaranıb. Öz regionlarının lokomotivləri hesab edilən hər iki ölkə təxminən 30 il ərzində siyasi, iqtisadi, mədəni və humanitar inkişafda böyük rol keçib, mühüm nəticələr əldə edib. Bu münasibətlər Orta Asiya və Cənubi Qafqaza regionunda iqtisadi-siyasi baxımdan təyinedici münasibətlərdir. Hər iki ölkənin iqtisadi və kommunikasiya ehtiyatları böyük potensiala sahib olmaqla tarixi İpək yolunun orta xətti üzrə əsas vektoru təşkil edir.
Prezidentlər iki dövlətin qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi sahəsində görülmüş işlərlə bağlı ətraflı diskussiyalar aparıblar. Həmçinin gələcək planları geniş müzakirə ediblər.Daha sonra Prezidentlərin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib. Görüşdə iqtisadi-ticari və investisiya əməkdaşlığının inkişafı, neft-qaz sahəsində əməkdaşlıq, bərpa olunan enerji mənbələri, nəqliyyat-logistika sahələrində, rəqəmsal kommunikasiyalar üzrə əməkdaşlıq, həmçinin mədəni-humanitar sahələrdə məsələlər haqqında danışılıb. Qazaxıstan Azərbaycanın haqq işinə hər zaman dəstək verib, ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Ermənistanın işğalı nəticəsində dağıdılmış, bu gün isə yenidən qurulan Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi isə qardaş dövlətin qardaşlıq bağlarından xəbər verir. Beləliklə, ən əsası, ərazilərimizin bərpasına verilən bu töhfə ölkəmizin rəhbərliyi və xalqımız tərəfindən də yüksək qiymətləndirilir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-06-2025