Mobil versiya
Prezident tərəfindən təltif olunmuş direktor müavinini məktəbdə qapını bağlayıb kimlər döydü?
Tarix: 11-03-2024 | Saat: 19:00
Bölmə:Özəl / Təhsil | çapa göndər

Prezident tərəfindən təltif olunmuş direktor müavinini məktəbdə  qapını bağlayıb kimlər döydü?

aia.az-a daxil olan məlumata görə martın 5-də 163 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-ci ildə "Ən yaxşı bəstəkar", 2011-2012 ci tədris illərində "Ən yaxşı müəllim" müsabiqələrinin qalibi, Prezident tərəfindən təltif edilmiş Reyhan Hacızadə məktədənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı İlhamə Abbasova və kitabxana müdiri Vüsalə Qədimalıyeva tərəfindən döyülərək təhqir edilmişdir. Baş verən hadisədən sonra halı pisləşən Reyhan Hacızadə təcili yardım maşını ilə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Martın 5-dən 9-dək xəstəxananın reanimasiya şöbəsində müalicə alan Reyhan müəllimə bu günlərdə palataya köçürülsə də vəziyyəti ciddi olaraq qalmaqda davam edir.
Xəbəri dəqiqləşdirmək məqsədilə
aia.az -ın müxbiri M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına gedərək Reyhan Hacızadə ilə görüşüb.
Reyhan müəllimə xəbərin doğruluğunu təsdiqləyərək bildirib ki, insidentə səbəb onun öz vəzifə funksiyalarını yerinə yetirməsi və təşkilatçı İlhamə Abbasovanın səlahiyyət həddini aşması olub. Reyhan müəllimə əlavə edib ki, təşkilatçı İlhamə Abbasova və kitabxana müdiri Vüsalə Qədiməliyeva onu psixoloqun kabinetinə salaraq döymüş və ağır ifadələrlə təhqir etmişlər. Hazırda vəziyyətinin qənaətbəxş olduğunu, lakin bir müddət həkim nəzarətində qalmasının vacibliyini qeyd edən Reyhan Hacızadə baş verən hadisədən sonra məktəb rəhbərliyinin onun vəziyyəti ilə maraqlanmadığını bildirmişdir.

Məsələyə ETN-nin, BŞTİ-nin və 163 nömrəli məktəbin direktor əvəzi Ramil Tanrıverdinin mövqeyini öyrənməyə cəhd eləsək də telefonlarımıza cavab verən olmadı.

Qeyd edilən insidentlə bağlı araşdırmalarımız davam edir. Hadisənin daha ətraflı təfərrüatı haqqında Reyhan müəllimənin fikirləri və araşdırma yazımız olacaq. Bizi izləyin!
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq!

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024