Mobil versiya
AzerGold” QSC 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarını təbrik edib -Fotolar
Tarix: 08-03-2024 | Saat: 10:26
Bölmə:Cəmiyyət | çapa göndər

AzerGold” QSC 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarını təbrik edib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Daşkəsən rayonunda qeydiyyatda olan şəhid anaları ziyarət edilib.

QSC-nin yerli əhali və icmalarla iş prioritet istiqaməti çərçivəsində təşkil edilən ziyarətin məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda həyata keçirilmiş hərbi əməliyyatlar zamanı həlak olmuş şəhidlərin ailə üzvlərinin daim diqqətdə saxlanılması, onların hərtərəfli qayğı ilə əhatələnməsi istiqamətində dövlətin yürütdüyü siyasətə əlavə töhfə verməkdir.

Ziyarət zamanı şəhid anaları və
həmçinin xanım vərəsələrinə Cəmiyyət adından təbrik məktubu, gül buketi və hədiyyə kartı təqdim edilib, şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024