Mobil versiya
"Açıq mikrofon"da Arayatılı kəndinin sakinlərinin problemləri dinlənildi -Foto
Tarix: 07-03-2024 | Saat: 19:29
Bölmə:Cəmiyyət | çapa göndər

"Açıq mikrofon"da Arayatılı kəndinin sakinlərinin problemləri dinlənildi

Ümumilikdə 9 müraciətin səsləndiyi "Səyyar qəbul otağı" bu dəfə Füzuli rayonunun Arayatılı kəndində qurulub. Mikrofon önünə keçən İntiqam Qasımov istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılmasını istəyib. Vəli Mehtiyev və Mahir Hüseynovun müraciətləri isə mənzildaxili xəttə baxış keçirilməsi ilə bağlı olub. Kənd sakini Namiq Şükürov fərdi yaşayış evinə əlavə sayğacın quraşdırılmasını xahiş edib. Səsləndirilən bəzi müraciətlərin icrasına dair Birliyin məsul şəxsləri tərəfindən yerində tapşırıq verilib. Araşdırılması lazım olan bəzi müraciətlər aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024