Mobil versiya
Məktəblərdə aparılmış monitorinqin nəticələri müzakirə edildi
Tarix: 07-03-2024 | Saat: 18:00
Bölmə:Təhsil | çapa göndər

Məktəblərdə aparılmış monitorinqin nəticələri müzakirə edildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində keçirilən keyfiyyət monitorinqlərinin nəticələrinin müzakirəsinə dair görüş keçirilib.

Bu barədə aia.az-a BŞTİ-dən bildirilib.

Məlumata görə, görüşdə keyfiyyət monitorinqləri aparılmış 31 ümumi təhsil müəssisəsinin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavinləri iştirak ediblər.

Ggörüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov təhsildə keyfiyyətin artırılmasının aktuallığına toxunub və monitorinqlərin keçirilməsində əsas məqsədin təhsilin keyfiyyətli təşkilini təmin etməkdən ibarət olduğunu bildirib. Keyfiyyətə nəzarət məqsədilə inspeksiyaların təşkilini və nəticə ilə bağlı təhlillərin aparılmasını perspektiv addımların və qarşıda duran vəzifələrin müəyyənləşdirməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin keyfiyyət monitorinqləri üzrə koordinatoru Nəcməddin Mehdiyevin “Keyfiyyət monitorinqlərinin məqsədi və mövcud reallıqlar” mövzusunda məruzəsi dinlənilib.

BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə ümumi təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələri ilə bağlı təqdimat edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024