Kollecdə “5 mart – Bədən Tərbiyəsi və İdman Günü” qeyd edildi -Fotolar
Tarix: 05-03-2024 | Saat: 11:47
Bölmə:Özəl / Təhsil | çapa göndər
05 mart 2024-cü il tarixdə “5 mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə tədbir keçirildi.
aia.az xəbər verir ki, tədbirdə kollecin direktoru,pedaqoji elmlər doktoru Vidadi Orucov çıxış edərək bildirdi ki,idmanın bütün növlərində əldə olunan naliyyətlərərin hesabına artıq dünyada Azərbaycan idman ölkəsi kimi tanınır.
Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqətin artırılması,idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən diqqətdən söz acan natiq daha sonra bildirdi ki, bütün bunların nəticəsində əldə olunan uğurlarımız göz önündədir.
Sonra kollecin idman müəllimi Eldəniz Ədbülov cıxış edərək qeyd etdi ki, ölkəmizdə idmanın inkişafı ildən- ilə geniş vüsət alır. Dövlət başçısı tərəfindən 2012-ci ilin “İdman ili” elan edilməsi isə ölkəmizdə idmanın inkişafına və idmançılara olan diqqət və qayğıının bariz nümunəsidir.
Qeyd edək ki,Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib.
Tədbir başa catdırdan sonra UNEC-in nəzdində Sosial-İqtisadi Kollecidə “5 mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş ixtisaslararası voleybol turnirinin finalı kecirildi. Finalda “Zəfər” və “Ümid” komandaları mübarizə aparırdılar.Gərgin kecən oyunda “Zəfər”komandası qalib gələrək I yeri qazandılar.
Sonda I, II və III yerlərin sahibləri fəxri-fərmanlarla təltif edildilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər