Mobil versiya
Azərbaycandan Ermənistana gedən kəmərlərin bərpa işlərinin dəyəri hesablanır
Tarix: 09-02-2024 | Saat: 11:32
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycandan Ermənistana gedən kəmərlərin bərpa işlərinin dəyəri hesablanır

Ermənistan və Azərbaycan qaz kəmərlərinin bərpası məsələsini hələlik müzakirə etməyiblər.

aia.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, Ermənistan və Azərbaycanın qaz nəqli sistemləri bir-birinə aşağıdakı magistral qaz kəmərləri vasitəsilə birləşdirilib:

Qazax-İrəvan - diametri 1000 mm, 6 kilometr bərpa edilməlidir.

Şərur-İrəvan, diametri 700 mm, 22 kilometri bərpa etmək lazımdır.

Diametri 700 mm olan Gorus-Naxçıvan, 16,5 kilometr bərpa olunmalıdır.

"Sizə bildiririk ki, bununla bağlı Azərbaycan tərəfi ilə heç bir müzakirə aparılmayıb. Lakin bərpa işlərinin dəyərinin hesablanması məsələsi müzakirəyə çıxarılıb", - deyə bildirilib.

2023-cü ilin oktyabrında Ermənistanın energetika və mineral sərvətlər nazirinin müavini Akop Vardanyan bəyan edib ki, siyasi məsələlər həll olunarsa, Ermənistan Azərbaycandan gələn qaz kəmərlərini bərpa etməyə hazırdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024