Ana Sayfa > İqtisadiyyat > Azərbaycandan Ermənistana gedən kəmərlərin bərpa işlərinin dəyəri hesablanır
Azərbaycandan Ermənistana gedən kəmərlərin bərpa işlərinin dəyəri hesablanır9-02-2024, 11:32. Yazar: sevinc1 |
Ermənistan və Azərbaycan qaz kəmərlərinin bərpası məsələsini hələlik müzakirə etməyiblər. aia.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb. Nazirlik bildirir ki, Ermənistan və Azərbaycanın qaz nəqli sistemləri bir-birinə aşağıdakı magistral qaz kəmərləri vasitəsilə birləşdirilib: Qazax-İrəvan - diametri 1000 mm, 6 kilometr bərpa edilməlidir. Şərur-İrəvan, diametri 700 mm, 22 kilometri bərpa etmək lazımdır. Diametri 700 mm olan Gorus-Naxçıvan, 16,5 kilometr bərpa olunmalıdır. "Sizə bildiririk ki, bununla bağlı Azərbaycan tərəfi ilə heç bir müzakirə aparılmayıb. Lakin bərpa işlərinin dəyərinin hesablanması məsələsi müzakirəyə çıxarılıb", - deyə bildirilib. 2023-cü ilin oktyabrında Ermənistanın energetika və mineral sərvətlər nazirinin müavini Akop Vardanyan bəyan edib ki, siyasi məsələlər həll olunarsa, Ermənistan Azərbaycandan gələn qaz kəmərlərini bərpa etməyə hazırdır. aia.az Geri dön |