Əsas hədəf regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir
Tarix: 05-02-2024 | Saat: 11:44
Bölmə:Siyasət | çapa göndər
Bütün münaqişələrə eyni mövqedən yanaşmaq hər bir dövrün mühüm çağırışıdır. 30 illik işğal dövrünün reallıqlarından bəhs edərkən dövlət başçısı İlham Əliyev bildirir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bəzi hallarda bir neçə gün ərzində icra olunduğunu, amma bizə gəldikdə isə otuz il ərzində kağız üzərində qaldığının şahidi olduq. Qətnamələrin icrası üçün vahid mexanizmin olmamasının yaratdığı problemlər göz önündədir. İkili standartlar yolverilməzdir. Ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya dövlətlərinin 30 ildə edə bilmədiklərini etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən Azərbaycan Ordusu yazdığı şanlı tarixlə Ermənistana və ona havadarlıq edən dövlətlərə sübut etdi ki, ədalət və beynəlxalq hüquq mövcuddur, bunların tətbiqi üçün vahid mexanizm olmalıdır. Fevralın 1-də dövlət başçısı İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqları barədə ətraflı məlumat verərək bildirdi ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Cənab İlham Əliyev çıxışlarında, müsahibələrində ermənilərin 30 illik işğal dövrün torpaqlarımızda törətdikləri vəhşilikləri, dağıntıları diqqətə çatdıraraq onlara rəğmən Azərbaycanın Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etməsini belə xarakterizə edir: “Başa düşürsünüzmü, bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından asan deyil. Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik. Lakin bu, masa üzərində bir müddət olacaq.” Azərbaycanın Ermənistana sülh təklifi etməsindən ötən üç ilin reallıqlarına diqqət yetirmək kifayətdir. İşğalçı dövlət sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğunu açıq-aydın büruzə verir. Bir günlük lokal antiterror tədbirlərinin başvermə səbəbləri aydındır. Dövlətimizin başçısı sözügedən qəbulda bir daha diqqəti son üç ilin reallıqlarına yönəldərək 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini, Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdiyini bildirdi. Bu hadisə də diqqətə çatdırıldı ki, ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurdu. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirməli oldu. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasından sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə qalmır. Dövlətimizin başçısı bu baxımdan bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Dünyanın ikili standartlar siyasəti hər bir məsələnin həllində problemlər yaratmaqla yanaşı, Ermənistanın beynəlxalq hüquqa, ədalətə sığmayan addımlarının davamlılğına səbəb olur. Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışların mövcudluğu bir çox məqamların açıqlanmasında yardımçıdır. Bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Dövlət başçısı Martin Çunqonqla görüşündə onu da bildirdi ki, həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsi vacibdir. Hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir və bunu qarşı tərəfdən də tələb edir. Sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi olan Azərbaycanın əsas hədəfi regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024