Mobil versiya
Gələn həftə deputatların tətili başa çatır
Tarix: 09-01-2024 | Saat: 10:43
Bölmə:Karusel / Siyasət | çapa göndər

Gələn həftə deputatların tətili başa çatır

Gələn həftə Milli Məclisin deputatlarının tətili başa çatır.

aia.az xəbər verir ki, millət vəkillərinin ötən ilin dekabrın 30-dan başlayan tətil müddəti yanvarın 15-də bitəcək.

Gələn həftədən etibarən komitə iclaslarının keçirilməsinə başlanılacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Parlamentin yaz sessiyası isə fevralın 1-də başlayıb mayın 31-dək davam edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-05-2025