Ana Sayfa > Karusel / Siyasət > Gələn həftə deputatların tətili başa çatır
Gələn həftə deputatların tətili başa çatır9-01-2024, 10:43. Yazar: sevinc1 |
![]() Gələn həftə Milli Məclisin deputatlarının tətili başa çatır. aia.az xəbər verir ki, millət vəkillərinin ötən ilin dekabrın 30-dan başlayan tətil müddəti yanvarın 15-də bitəcək. Gələn həftədən etibarən komitə iclaslarının keçirilməsinə başlanılacaq. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Parlamentin yaz sessiyası isə fevralın 1-də başlayıb mayın 31-dək davam edəcək. aia.az Geri dön |