Boykot, yoxsa qaçırılmış fürsət?
Tarix: 26-12-2023 | Saat: 10:04
Bölmə:Siyasət / Özəl | çapa göndər
Bu gün Azərbaycan bir çox göstəriciləri ilə yanaşı, həm də məhz xalq-iqtidar birliyi ilə dünyaya nümunədir. Bu birlik də əbəs yerə deyil. İnsanlar İlham Əliyevin hakimiyyətdə olduğu 20 il ərzində verdiyi bütün vədləri yerinə yetirdiyinə, sözün əsl mənasında hər bir azərbaycanlının prezidenti olduğuna şahidlik ediblər. Ərazi bütövlüyünün və suverenliyin bərpası uğrunda apardığı mübarizədə müzəffər Ali baş Komandan statusunu qazanması isə cənab İlham Əliyevin yeni siyasi müstəvidə mübarizə aparmaq imkanlarını genişləndirmişdir. Məhz bu zərurətdən çıxış edərək fəaliyyətdə olan Prezidentin səlahiyyət müddətinin bitməsinə daha iki il qalmasına baxmayaraq, növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçirilməsi xüsusi məna kəsb edir. Belə ki, 2024-cü il martın 17-də Rusiyada, 2024-cü il noyabrın 5-də isə ABŞ-da prezident seçkiləri keçiriləcək. Hər iki seçkilər dünyanın diqqət mərkəzində olacağı üçün regiona diqqət azalacaq. Rəsmi Bakının iki supergücdən əvvəl seçki keçirməsi ölkəmizin yeni qloblal proseslərə hazırlığı baxımdan önəmlidir.
Təəssüf ki, istər müharibə dövründə, istərsə də antiterror əməliyyatı dövründə siaysi təfəkkürü və mübarizə metodu dəyişməyən radikal müxalifət bu dəfə də öz ənənəısinə sadiq qalaraq seçkilərin boykot edilməsi barədə qərar vermişdir
Onların bu qərarı cəmiyyətdə heç bir dəyişiklik yaratmasa da, dəstəklənməsə də hər halda nəyə və niyə xidmət etdiyini qərar qəbul edənlər yaxşı bilirlər. Amma onu bilmirlər ki, Azərbaycan müxalifətinin uğur qazanmamasının səbəbi, onun xalqın etimadına və dəstəyinə deyil, birbaşa olaraq, xarici siyasi-maddi köməkliyə arxalanması, özgələrin ağlı ilə oturub-durmaqda davam etməsidir. Radikal müxalifət hər dəfə seçki proseslərindən məğlub ayrılmasının və xalq tərəfindən dəstəklənməməsinin, həmçinin, xarici qüvvələrin "xeyir-duasının" olmasına baxmayaraq, uğur qazana bilməməsinin səbəblərini elmi-siyasi təhlil etmədiyindən, eləcə də, mənəvi-intellektual resursları hər gün tükəndiyindən milli siyasi məkanın autsayderinə çevrilir. Bununla yanaşı, radikal müxalifətin siyasi mədəniyyət kasadlığı yaşaması onun ictimai qınaq obyektinə çevrilməsini də əsaslandırır.
Çox təəssüflər olsun ki, Azərbaycanın radikal müxalifət qismi Azərbaycanın əleyhinə çevrilmiş, qərəzli dairələrin ölkəmizə qarşı istənilən zaman istifadə edə biləcəyi təzyiq alətinə də çevrilib. Bu əlbəttə ki, nəzəri fikir deyil, təcrübədə özünün mənfi əksini tapmış reallıqdır. Lakin hər dəfə olduğu kimi, bir daha intellekt və milli prinsipsizlik problemi yaşayan radikal müxalifətin siyasi-ictimai reallığı dərk edə bilməməsi nəticəsində fəaliyyətində sosial dəstək hiss olunmayıb
Görünən odur ki, radikal müxalifət opponent olduğu üçün hakimiyyətə qarşı yalnız qərəzli tənqidlə çıxış etsə də, predmetin nədən ibarət olduğunu anlamır. Eyni zamanda, radikal müxalifətin nə üçün mübarizə apardığını və ya ölkədə hərc-mərclik ola biləcəyi təqdirdə hansı addımları atmaq lazım olduğunu belə anlamır. Yəni, ancaq siyasi sifariş həyata keçirən radikal müxalifət ölkədə demokratiyanın, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinə təkan verə biləcək qüvvə deyildir.
Odur ki, kimlərin hansı təxribatlar, çirkli planlar hazırlamasından asılı olmayaraq ölkəmizdə bu planların həyata keçmə ehtimalı yoxdur.
2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsini Azərbaycanın tarixi qələbəsi ilə başa çatdıran, 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesini tamamlayan Müzəffər Ali baş Komandana alternativ ola bilməyəcəklərini anlayan radikallar bunu səmimi şəkildə etiraf edə bilmədilər və daha bir fürsəti qaçırmış oldular.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025