Kəkələmə və onun korreksiyası
Tarix: 25-12-2023 | Saat: 09:44
Bölmə:Özəl / Qərbi Azərbaycan | çapa göndər
“Nitqi olmayan insan qanadsız quş kimidir. Necəki qanadları kəsilmiş quş göy üzündə uça bilməz, eləcə, dilinə kəlmələr gətirib danışa bilməyən insanın da özünü ifadəyə və özünü təsdiqə gücü çatmaz..”
Təranə Paşayeva.
Bizim sosial cəmiyyətdə kommunikasiya yaratmağımıza kömək olan əsas amillərdən biri nitqimizdir. Xüsusilə şifahi nitq insanın ümumi mədəniyyətinin bir göstəricisidir. Həyatımızda əhəmiyyətli dərəcədə böyük rolu olan nitq aparatının anatomik-fizioloji xüsusiyyətlərinə nəzər salaq. Nitq aparatı bir-bir ilə sıx əlaqədə olan mərkəzi və periferik hissələrdən ibarətdir. Mərkəzi hissə dedikdə tənzimləyici və idarəedici, periferik hissə dedikdə isə icraedici hissələr adlanır. Mərkəzi nitq aparatı baş beyin hissəsində yerləşir. Burada baş beyin qabığından, qabıqaltı düyünlərdən, ötürücü yollardan, tənəffüs , səs və artikulyasiya əzələlərinə gedən sinirlərdən ibarətdir. Periferik nitq aparatı isə 3 hissədən ibarətdir : tənəffüs , səs və artikulyasiya. (“Uşaq inkişafı metodikası Ü. Axundova, M. İsmayılova, Ü. Mirzəyeva, D.Qəhrəmanova, S.Salmanlı, F. İsmayılova, N. Əfəndiyeva, S. Mustafayeva, S. Rzayeva, F. Həsənova, D. Məmmədova, Z. Nəcəfova, İ. Monsumova səh 323”)
Düzgün şəkildə inkişaf etmiş , səliqəli, mərkəzi və periferik hissələrdə qüsur olmayan, fonetik, leksik və qrammatik normalara uyğun şəkildə olan nitq insanın özünə ifadə və davranışında böyük rol oynayır. Xüsusilə kommunikasiya zamanı qarşımızdakı şəxsin xüsusiyyətləri barəsində təhlil apararkən ilk öncə onun nitqinə diqqət edirik.Əfsuslar olsun ki, nitqimizdə yaranan qüsurlar nəinki bizim özümüzü ifadə etməkdə həmçinin davranışlarımızada təsir edir. Bir çox nitq qüsurları var. Bunlar şifahi və yazılı nitq qüsurları olmaqla 2 qrupa bölünür. Şifahi nitq qüsuruna dislaliya, alaliya, afaziya, kəkələmə, rinolaliya, dizartiya, disfoniya, afoniya, bradilaliya, taxilaliya yazılı nitq qüsuruna isə disleksiya, aleksiya, disqrafiya və aqrafiya aiddir. (“Uşaq inkişafı metodikası Ü. Axundova, M. İsmayılova, Ü. Mirzəyeva, D.Qəhrəmanova, S.Salmanlı, F. İsmayılova, N. Əfəndiyeva, S. Mustafayeva, S. Rzayeva, F. Həsənova, D. Məmmədova, Z. Nəcəfova, İ. Monsumova səh 327”). Müasir dövrümüzdə kəkələmə ən çox rast gəlinən nitq qüsurlarından biridir. Bu zaman bir çox suallar yaranır. Məsələn. Kəkələmənin yaranma səbəbləri nədir?. Kəkələmə zamanı nə etmək lazımdır? Kəkələmə korreksiya işi necə aparılır? Bu kimi suallara cavab tapmaq üçün ilk öncə kəkələmə haqqında nəzər salaq. Kəkələmə adətən məktəbəqədər və məktəbyaşlı dövründə olan uşaqlarda baş verir və qarşısını alınmasa davam edir. Kəkələmənin nevrotik və nevrozabənzər formaları ötən əsrin 70-ci illərində daha çox yayılmışdır. M.S.S-nin nevrotik zədələnməsi nəticəsində həmçinin xüsusiyyətlərinə görə nevroza bənzəyən nevrotik kəkələməyə səbəb olur. Kəkələmənin bu forması 2-5 yaş arasında uşaqlarda psixi travmalar nəticəsində yaranır. Bu dövrlərdə yaranan və başqa səbəblərdən olan problemlər uşaqda nitq qüsurlarından olan kəkələmənin yaranmasına səbəb olur. Kəkələmənin təsnif edilməsi ilk dəfə 1937-ci ildə edilmişdir. Bu təsnifata əsasən kəkələmə nitq yaranması zamanı iştirak edən orqanlarda anomaliyanın müşayiət edilməsi, solaxaylıqla bağlı , təklidlə əlaqədar , emosional dəyişiklər zamanı yaranan kəkələmə növləri vardır. Həmçinin düzgün şəkildə pedaqoji mühitin olmaması kəkələməyə səbəb olur. Kəkələmənin təzahürləri əsasən danışan zaman özünü büruzə verir. Xüsusilə kəkələmə nitqdə qıcolamalarla özünü göstərir. Qıcolmalar növlərinə , dərəcələrinə görə fərqlənirlər. Qıcolmalar klonik , tonik və qarışıq qıcolma olmaqla 3 növü vardır. Klonik qıcolma zamanı qısanüddətli müxtəlif əzələlərin daralması , səs və hecalarının bir birini təkrarlanması müşahidə olunur.( m-m-mən , k-k-kitab)Tonik qıcolma zamanı isə əzələlər daha çox daralır. Bu daralma 3 və ya daha artıq dəqiqə baş verir. Tonik qıcolma zamanı həmçinin dilim, dodaqların, yanaqların əzələlərində tonusun artması nəticəsində nitqdə uzunmüddətli fasilələr yaranır.(m-məktəb).
Qarışıq qıcolmada isə hər iki növ qıcolmalar iştirak edir.( Uşaq inkişafı metodikası Ü. Axundova, M. İsmayılova, Ü. Mirzəyeva, D.Qəhrəmanova, S.Salmanlı, F. İsmayılova, N. Əfəndiyeva, S. Mustafayeva, S. Rzayeva, F. Həsənova, D. Məmmədova, Z. Nəcəfova, İ. Monsumova səh 333 )
Tonusun aradan qaldırılması üçün əlləri quş qanadları kimi, kəpənək qanadları kimi yelləmək, boşaldılmış biləkləri yanlara yelləmə , əlləri su çiləyirmiş kimi çırpmaq və başqa digər üsullardan istifadə etmək lazımdır.
Kəkələmənin yaranması meyilli və yaradan səbəblər olmaqla 2 qrupa bölünür. Meyilli səbəblərə əsasən valideyinlərin nevroloji xəstəlikləri, uşağın nevroloji xəstəliyi, irsi faktorlar, beynin asimmetrik funksiyasından olan pozulmalar və başqa digər səbəblər aiddir. Yaradan səbəblərə isə psixotravmalar, baş-beyin zədələnmələri, burun, boğaz, qırtlaq kimi xəstəliklər aiddir. ( Təranə Paşayeva Kəkələmə: valideynələr və mütəxxəsislər üçün metodik vəsait səh 9)
Kəkələmə yalnız nitqə deyil, həmçinin somatik, psixoloji , nevroloji pozuntulara səbəb olan ağır nitq qüsurlarından biridir. Mütəxəssislər və valideynlər tərəfindən düzgün korreksiyanın aparılması kəkələmənin qarşısını almağa əhəmiyyətli dərəcədə böyük rol oynayır. Korreksiya işlərində başlayanda ilk öncə düzgün nitq vasitəsilə başlanılmalıdır. Yəni, danışan zaman sakit şəkildə , çətin cümlələri sadə formada fikir çatdırılmalı, sait səslər aydın şəkildə tələffüz edilməli, dişlər qapalı vəziyyətdə olmalıdır. “ U” səsini tələffüz edərkən dodaqlar boru şəklində, “O” səsində dodaqlar ön hissəyə doğru, “İ” səsində isə dodaqlar yanlara gülümsəyirmiş kimi dartılır. Həmçinin oturarkən danışan zaman dik oturmalı, ayaqlar masanın altına keçirməli, əl yumruq şəkildə olmadan, baş önə və ya arxaya doğru atılmamalıdır.( Təranə Paşayeva Kəkələmə valideynlər və mütəxəssislər üçün metodik vəsait. Loqos Psixoloji nitq inkişaf mərkəzi səh 34) Kəkələyən uşaqlarla olduqca səbirlə, mehriban şəkildə yanaşılmalıdır. Onları qorxudacaq hekayələr danışmamalı, üzərlərinə qışqırılmamalıdır. Həmçinin yüksək səsli məkanlar, güclü səsli televizor kimi səslər onların nitqinə əks göstərişdir. Daima onuda xatırlamaq lazımdır ki, onları kəkələdiklərinə görə danlamaq olmaz çünki onlar bunu bilərəkdən etmirlər. Nağıl danışarkən sözləri heca-heca hərflər aydın eşidiləcək şəkildə oxunmalıdır. (Təranə Paşayeva” Kəkələmə valideynlər və mütəxəssislər üçün metodik vəsait. Loqos Psixoloji nitq inkişaf mərkəzi” səh 22) Kəkələmə kimi digər nitq qüsurları olan uşaqlarla loqopedik işlər aparılmalıdır. Loqopedik təsir dedikdə burada uşaq şəxsiyyətinin və onun nitq qüsurunun kompensasiyası və ya aradan qaldırılnası məqsədilə edilən korreksiya-pedaqoji tədbirlər sistemidir. Müasir dövrümüzdə loqopedik təair 2 istiqamətdə aparılır: Birbaşa və dolayısı. Birbaşa loqopedik təsir kəkələyənlərdə fərdi və qrup şəklində olmaqla aparılır. Bu məşğələlərdə ümumi və nitq motorikasının , nitq və tənəfüsünün ritmin formalaşmasının, sözlərin düzgün şəkildə tələffüz edilməsinə yönəldilir. Həmçinin bu məşğələlər zamanı uşaqda olan hərəkət pozulmaları və travmaları aradan qaldırılır. Kəkələyənlərdə loqopedik iş ilk öncə artikulyasiya aparatının əzələlərinin sakitləşdirilməsinə , alt çənə və dil kökü əzələlərdəki gərginliyin aradan qaldırılması ilə başlanılır.(“Z.M.Əzizova, R.Q.Cəfərova, Ş.N.İsmayılov “Loqopediyanın nəzəri əsasları haqqında ümumi məlumat səh 78.”)
Kəkələyən uşaqlarda loqopedik iş metodikaları ilə bağlı tədbirlər ilk dəfə N.A . Vlasova və İ.F.Rau hazırlamışlar. N. A. Vlasova görə məktəbəqədər yaşlı uşaqlarda məşğələlər zamanı əsasən 7 növ nitqdən istifadə olunmalıdır: 1. Birgə nitq (danışmaq) 2. Əks sədalı nitq 3. Tanış şəkillər üzrə sual-cavab 4. Tanış şəkilləri təsvir etmək 5. Eşitdiyi hekayəni danışmaq 6. Birbaşa nitq (tanış olmayan şəkillər üzrə danışmaq) 7. Normal nitq.
İ.F. Rau isə kəkələyən uşaqlarda loqopedik işin sistematik şəkildə aparılmasını vurğulayırdı. Rauya görə kəkələyən uşaqlarda nitq qüsurunun dərəcəsinə görə məşğələlər zamanı əsasən 3 mərhələdən keçirilməlidir. Birinci mərhələdə öyrədilmiş hər hansısa şeir və mətnin əks-sədalı şəkildə yenidən tələffüz edilməsidir. İkinci mərhələdə müxtəlif suallar verilərək təsvirin şifahi formasının, kiçik hekayələrin qurulması, loqopedin danışdığı hekayələr üzrə danışılmasıdır.Üçüncü mərhələ isə tamamlayıcı mərhələdə adlanır. Bu mərhələdə artıq uşaq ətraf aləm haqqında danışanda, oyunlar və digər uşaq həyatının səlis anlarında istifadə edəcək nitqin möhkəmləndirilməsinə kömək edir. (Z.M. Əzizova, R.Q. Cəfərova, Ş.N.İsmayılov “Loqopediyanın nəzəri əsasları haqqında ümumi məlumat” səh 83)
Kəkələmənin yaranmasında qorxu amillidə rol oynayır. Bu zaman valideynlər uşağa son dərəcə diqqət qayğı göstərməlidir. Onun qorxularını ona izah edilməli əslində heçdə qorxulu olmadığı başa salınmalıdır. Uşaq qaranlıq otağa girməyə qorxursa valideynlərdə onunla birgə girməli, künc-bucağa, çarpayının altına baxmalıdır. Kəkələmənin qarşısını almaq məqsədilə solaxay uşaqlarada diqqət etmək lazımdır. Əgər onları sağ əllə yazmağa məcbur edilsə, bu onlarda gərginlər yaradar və tədricən kəkələmənin yaranmasına səbəb olar. (Z.M. Əzizova, R.Q. Cəfərova, Ş.N.İsmayılov “Loqopediyanın nəzəri əsasları haqqında ümumi məlumat” səh 93. Kəkələmənin yenidən yaranmasının qarşısını almaq üçün uşağı ilk öncə yoluxucu və başqa xəstəlikıərdən qorumaq lazımdır. Belə olan halda mütləq şəkildə mütəxxəsisə müraciət etmək lazımdır. Həmçinin uşağın nitqinin inkişafı üçün yavaş tempdə danışılmalı , uşağın sözü kəsilməməli, ona duyğularınızı idarə etdiyinizi uşağa hiss etdirməməli, sakitliyinizi qorumalısınız. ( Nəzrin Əzizağalı Kəkələmə səh 71.) Eləcədə nitqində qüsur olan uşaqlar üçün sosial adaptasiya qurulmalıdır. Korreskiya işi zamanı artterapiya, psixoterapiya, kinezoterapiya, biblioterapiya kimi üsuallardan istifadə olunur. Nitq inkişafında ləngimə olan uşaqlarda aparılan tibbi-psixoloji-pedaqoji işlər zamanı mütləq şəkildə valideynlərdə fəal iştirak etməlidirlər. ( Səməd Qasımov, Emilya Kərimova “ Gəlin ünsiyyətdə olaq” səh 158)
Ədəbiyyat siyahısı.
“Uşaq inkişafı metodikası.” Ü. Axundova, M. İsmayılova, Ü. Mirzəyeva, D.Qəhrəmanova, S.Salmanlı, F. İsmayılova, N. Əfəndiyeva, S. Mustafayeva, S. Rzayeva, F. Həsənova, D. Məmmədova, Z. Nəcəfova, İ. Monsumova
Təranə Paşayeva “ Kəkələmə: valideynələr və mütəxxəsislər üçün metodik vəsait “
Z.M.Əzizova, R.Q.Cəfərova, Ş.N.İsmayılov “Loqopediyanın nəzəri əsasları haqqında ümumi məlumat “
Nəzrin Əzizağalı “Kəkələmə “
Səməd Qasımov, Emilya Kərimova “ Gəlin ünsiyyətdə olaq”
Hazırladı:
Atababayeva Zəminə Əlibala
Bakı Dövlət Üniversiteti Sosial elmlər və psixologiya fakültəsinin Korreksiyaedici təlim ixtisasının 2-ci kursunun tələbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024